Nə şirin quyruğu, nə də ayının pəncəsi insan ağlından iti ola bilməz DEPUTAT
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ABŞ-da Azərbaycan və Ermənistan arasında imzalanan Birgə Bəyannamə haqqında yazıb.
Gununsesi.info deputatın sətiraltı ifadələrlə İran və Rusiyaya yönəlmiş qeydlərini təqdim edir:
“Cənubdan Şimaldan Zəngəzur dəhlizinə qəzəblə baxanlar! Bundan sonra ürək sözlərinizi cənab Trampa yazarsınız! Rahat olun, bu dəhlizin ağsaqqalı sizlərə çox mülayim cavab verəcək! İqtisadiyyat, ticarət illərdir düşmən vəziyyətində olan xalqları yaxınlaşdıracaq. Azacıq ağılları olsa, ermənilərin son addımlarından dərs götürərlər. Bu bölgədə yalnız isbat olunmuş bir teorem işləyir: Azərbaycanla dost olanlar qazanırlar. Nə şirin quyruğu, nə də ayının pəncəsi insan ağlından iti ola bilməz. Məsələlərə ağılla yanaşsanız hamınız üçün nə qədər faydalı bir layihənin gerçəkləşdiyini görəcəksiniz”.
Firuzə Mahmudova
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















