Icma.az
close
up
RU
Nə yesək, daha az xəstələnərik? Orqanizmdə iltihabı məhv edən 6 meyvə

Nə yesək, daha az xəstələnərik? Orqanizmdə iltihabı məhv edən 6 meyvə

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Oksidativ stress orqanizmdə iltihabın səbəblərindən biridir. O, "sərbəst radikallar" adlanan çox sayda qeyri-sabit molekul hüceyrələrə hücum etdikdə yaranır. Orqanizm adətən bu molekulları metabolizmin yan məhsulu kimi istehsal edir, lakin onların miqdarını həm də çirklənmiş hava, günəş işığı, düzgün olmayan qidalanma, zərərli vərdişlər, yuxunun pozulması və dərmanlar artırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" saytı yazıb.

Həddindən artıq sərbəst radikallar iltihab yaradır, bu da xroniki ola bilər və nəticədə xroniki xəstəliklər yaranır. Lakin xoş xəbər odur ki, oksidativ stressə qida rasionunda kifayət qədər antioksidant olması ilə təsir etmək olar. Bunun üçün xüsusilə meyvələr qəbul edilməlidir.

Nəşr, oksidativ stressə və iltihaba qarşı mübarizədə kömək edə biləcək, antioksidantlarla zəngin ən yaxşı 6 meyvəni təqdim edib.

Göyəm - Antioksidantlarla zəngin meyvələr arasında birinci yeri tutur. Onun tərkibində antosianinlər, flavonoidlər, fenol turşuları və stilbenlər kimi bir çox fitokimyəvi maddələr var ki, bunlar da birlikdə orqanizmi qoruyur. Göyəmdə çox miqdarda antioksidant onun tünd-mavi rəngli qabığındadır. Bu, iltihabla mübarizədə kömək edən və beyni qoruyan güclü antiiltihabi birləşmələr olan antosianinlərdir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq göyəm yeyən insanlarda ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski daha aşağı olur, onlar çəkini daha effektiv idarə edir və onların beyni daha yaxşı işləyir. 100 qram göyəmdə 9 mmola qədər antioksidant olur.

Nar - Onun mərcan-qırmızı rəngli dadlı dənələrində olan antioksidantlar piylənmə, ürək-damar xəstəlikləri, diabet kimi xroniki xəstəliklərlə əlaqəli müəyyən biomarkerların səviyyəsini aşağı salır. Bu sağlamlıq faydaları əsasən punikalagin antioksidantının olması ilə əlaqədardır. Laboratoriya və heyvanlar üzərində edilən tədqiqatlarda onun ürək xəstəlikləri, diabet, iltihab və Alzheymer xəstəliyi ilə əlaqəli proseslərə təsir göstərə biləcəyi müşahidə edilib. 100 qram nar dənəsində 9 mmola qədər antioksidant var.

Albalı - Tədqiqatlar göstərir ki, turş albalı yüngül antiiltihabi effektə malikdir və onun müntəzəm qəbulu ilə bu effekt güclənir. Buna görə də onlar artıq yaranmış iltihabı müalicə etməkdən daha çox, onun qarşısının alınmasında effektivdirlər. Rasionunuza təzə, dondurulmuş, qurudulmuş və ya şirə şəklində albalı əlavə etməklə orqanizmdə sağlam iltihab balansını saxlayırsınız. Albalının digər bir üstünlüyü onun yuxunun keyfiyyətini yaxşılaşdıra bilməsidir. Tədqiqatlardan birində yaşlı insanlar iki həftə müddətində gündə iki dəfə bir stəkan albalı şirəsi içiriblər. Nəticədə onlarda melatonin səviyyəsi yüksək oldu, iltihab azaldı və yuxunun keyfiyyəti yaxşılaşıb. 100 q albalıda 7 mmola qədər antioksidant var.

Böyürtkən - Böyürtkənin hər bir kiçik çəyirdəyində A və C vitaminləri, karotenoidlər, sterollar, terpenoidlərlə zəngin qoruyucu birləşmələr var ki, bunlar da az kalorili olmaqla güclü sağlamlıq faydaları təmin edir. Tədqiqatlar göstərir ki, böyürtkən xüsusilə müəyyən xəstəliklərlə əlaqəli proiltihabi molekulların ifrazının qarşısını ala bilən antioksidantlarla zəngindir. 100 qramlıq bir porsiya böyürtkəndə 6 mmol antioksidant var.

Goji giləmeyvələri - Bunların xarakterik şirin və eyni zamanda turş dadı var. Onların parlaq rəngi ən çox yayılmışı zeaksantin olan karotenoidlərin olmasını göstərir - bu, görmə üçün vacib olan güclü bir antioksidantdır. Tədqiqatlar göstərir ki, goji giləmeyvələri qan şəkərinin səviyyəsini aşağı salmağa, xolesterin səviyyəsini yaxşılaşdırmağa, immun funksiyanı dəstəkləməyə və cavanlaşdırıcı effekt verməyə kömək edə bilər. 100 qramlıq bir porsiya goji giləmeyvəsində təxminən 4 mmol antioksidant var.

Moruq - Moruq oksidativ stress və iltihabla mübarizə edə bilən və bir çox xroniki xəstəliyin inkişafının qarşısını ala bilən qoruyucu antioksidantlarla zəngindir. 100 qramlıq bir porsiya moruqda 4 mmol antioksidant var.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see197

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see164

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see145

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see137

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see135

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see134

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see134

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see133

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri