Icma.az
close
up
RU
Neandertallar ölülərini belə dəfn edirdilər

Neandertallar ölülərini belə dəfn edirdilər

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanları digər canlılardan fərqləndirən xüsusiyyətlərdən biri də zəngin dəfn mərasimləri və ölənlərin yasını tutmaqdır. İnsanlar yaxınlarını itirəndə bunu ağır keçirir və onları son mənzilə yola salmaq, həmçinin kədəri yüngülləşdirmək üçün müxtəlif rituallar yaradırlar.

Alimlər müəyyən ediblər ki, dəfn mərasimləri təxminən 100 min il əvvəl də mövcud olub. Arxeoloji tapıntılar göstərir ki, artıq daş dövründə ölənlər xüsusi hörmətlə dəfn olunurdu. Bu faktlar Homo nəslinin yüksək intellektini sübut edir.

Milli.Az xəbər verir ki, təxminən 400 min ildən 40 min il əvvəl yaşamış neandertallar ölüləri əsasən mağaralarda və dağ dərələrində dəfn edirdilər.

Populyar filmlərdə göstərilən stereotiplərin əksinə olaraq, ibtidai insanlar mağaralarda daimi yaşamırdılar, onları əsasən mərasim və rituallar üçün istifadə edirdilər.

Neandertallar qadın və kişiləri, həmçinin müxtəlif yaşda insanları dəfn edirdilər. Bu fakt onların ölənlərə bərabər münasibət göstərdiyinə işarə edir. Alimlərin tapdığı skeletlər müxtəlif pozalarda olub. Qəbirdə heyvan sümükləri, maral buynuzları, tısbağa zirehləri qoyulur, baş altına isə daşdan hazırlanmış "yastıq" yerləşdirilirdi.

Bəzi ölülərin bədəninə qırmızı oxra sürtülür, bəziləri dəniz qabıqları və muncuqlarla bəzədilirdi. Ehtimal olunur ki, bu insanlar yüksək sosial statusa malik olublar. Bu adət bu gün də bir çox xalqlarda rast gəlinən, mərhumun şəxsi əşyalarının tabuta qoyulması ənənəsini xatırladır.

Neandertallar dəfn edilən mağaraları müxtəlif simvollarla nişanlayırdılar ki, bu da rəqib tayfalar üçün bir xəbərdarlıq idi. Alimlər bunu müasir başdaşlarının ilkin forması kimi qiymətləndirirlər

Tədqiqatçılar qədim dəfn adətlərini öyrənməkdə davam edirlər. İndiyə qədər çox az sayda qalıq tapılsa da, mövcud tapıntılar neandertalların ölənləri yad etmək üçün mürəkkəb bir sistem yaratdıqlarını göstərir. //Lent.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Oktyabr 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri