Icma.az
close
up
RU
Necə oldu ki, biz kitab oxumağa başladıq? Nübar Eldarqızı

Necə oldu ki, biz kitab oxumağa başladıq? Nübar Eldarqızı

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Nübar Eldarqızının "Necə oldu ki, biz kitab oxumağa başladıq?" adlı nağıl -hekayəsini təqdim edir.

Biri vardı, biri yoxdu. Bir ölkə vardı və bu ölkənin çox ağıllı, müdrik bir padşahı vardı.

Padşah çox yerlərdə olmuşdu, çox inkişaf etmiş ölkələr görmüşdü.

Hər dəfə bir ölkəyə səfər edib gələndə onun qanı qaralır, canını dərd alırdı.

Vəziri, vəkili ondan kefsizliyinin səbəbini soruşanda dinməz, ancaq ah çəkərdi.

Günlərin bir günündə vəzirə maraq o qədər güc gəldi ki, çəkinə-çəkinə soruşdu:

– Qibleyi-aləm, siz niyə başqa ölkələrə gedib-gələndə halınız dəyişir, qəm dəryasına qərq olunursunuz?

Padşah diqqətlə vəzirə baxıb dedi:

– Vəzir, bir çox işgüzar səfərlərə gedəndə sən də məni müşayiət edirsən. Sənə heç nə qəribə gəlmir?

Vəzir tutuldu:

– Nə, məsələn?..

Padşah dərindən ah çəkib üzünü göyə tutdu və ürəyində Allaha şikayət elədi:

"Ya Allah, görürsən də mən kimlərlə işləməyə məcburam..."

Padşah o qədər yumşaq adam idi ki, nəinki vəziri, heç qarışqanı da incitməzdi. Ona görə ürəyini susdurub dilinə bu sözləri gətirdi:

– Ey vəzirim, getdiyimiz ölkələrdə bizi protokol qaydalarına uyğun qarşılayır, müxtəlif mərasimlər, görüşlər düzənləyir, xalqın nümayəndələri ilə görüşdürürlər... Müşahidə eləmişəm ki, orada adamların çoxu savadlı, oxumuş, ziyalıdırlar. Niyə bizim rəiyyət oxumur? Necə edək ki, xalqımız kitab oxusun?

Vəzir çaşıb qaldı. İstədi desin ki, şahım, xalqın cahil, savadsız olmasının nəyi pisdir ki? Nə istəyirik, onu da edirik, hansı qanunu istəsək işə salırıq, öl desək, ölürlər, qal desək, qalırlar...
Demədi.

Qoca padşah kimi o da çox yaxşı adam idi. Qəlb qırmaqdansa, öz başını divara vurub qırardı. Bəli, bu ölkənin başında dayananların hamısı belə nəcib insanlar idi!

Padşahla vəzir bir xeyli düşündülər, bir xeyli də məsləhət-məşvərətdən sonra belə qərara gəldilər ki, həvəsdi-bəsdi dövlət işləri ilə məşğul olduq, indi də bir az tum çırtlayaq, "muşqulat" edək.

Əmr etdilər ki, saraya ən reklamlı hansıdırsa, günəbaxan, ağ boranı tumlarından gətirsinlər.

Tum "paçka"sını cıranda yerə bir kağız düşdü. Bir hərf vardı o kağızda:
– A!
Padşah da, vəzir də bir ağızdan səsləndilər:
– Aaa... bu nədir?
Bu zaman saraya varid olan vəkil işi gərəyi "Tum" şirkətinin adından məsələni belə izah elədi:
– Padşah sağ olsun, demək, bu tumsatanlar yaxşı alış-veriş etsinlər deyə belə bir şey fikirləşiblər ki, "kim milyoner olmaq istəyir"sə, əlifbanın bütün hərflərini toplasınlar.
– Eee? – padşah soruşdu.
– E-si odur ki, şahım, bütün millət axşamacan tum çırtlayır. İnanırsınız, şəhərin küçələri tum qabığı ilə örtülüb. İnsanlar elə zənn edir ki, yaxın gələcəkdə ölkədə hamı milyoner olacaq!
Vəkilin parlayan gözlərinə baxan padşahın beynində sanki şimşək çaxdı.
– Evrika! – deyə qışqırdı.
Vəzir və vəkil, əlbəttə, "evrika" sözünün mənasını bilmirdilər, amma bildikləri bir şey vardı ki, padşaha itaət bütün dinlərdə vacib əməllərdən sayılır. Bunun müqabilində o dünyada olmasa da, bu dünyada cənnəti qazanırsan!
Padşah onların sual dolu baxışlarına cavab olaraq dedi:
– Bildim, xalqa necə kitab oxutdurmaq olar. Demək belə...

Əmr edirəm, ölkədə çoxlu nağıl kitabları çap olunsun!

Kitabların müxtəlif yerlərində şifrəli sözlər yazılsın!

Əhaliyə xəbər verilsin ki, şifrələri kim çözsə, növbəti ənənəvi padşahlıq quşqonması mərasimində iştirak etmək hüququ qazanacaqdır...

Padşahın bu sözləri vəzir və vəkili o qədər duyğulandırdı ki, ikisi də ağlamağa başladı. Vəzir əllərini göyə qaldırdı:
– Allah, biz nə qədər xoşbəxt bəndələrik ki, bizə belə humanist padşah qismət eləmisən!
– Qoy sözümü bitirim, sonra...
Padşahın yüngül məzəmməti vəziri sərvaxt olmağa çağırdı.
– Əstəğfürullah, buyurun, padşah həzrətləri, buyurun...
– Şahinimdən müğayat olun!

İşıq sürəti ilə vəkilin beynində ilk padşahlıq quşqonması mərasimi canlandı.

O zaman hələ belə bir ölkə yox idi. Yəni başıpozuq, sürü halında yaşayan bir toplum vardı. Onları heç kəs saymaz, adam yerinə qoyub ərazilərinə hücum belə etməzdilər... İndiki padşah yolkəsənlərin qəzəbinə uğramış bir karvanın sağ qalan yeganə nümayəndəsi idi ki, camaata qoşulub bir gün öz ölkəsinə dönmək xəyalı ilə möcüzəvi qurtuluş gözləyirdi. Bekarçılıqdan adamlarla öz ölkəsi, oradakı qayda-qanunlar haqqında hər gün o qədər danışırdı, onlar da ağızlarının suyu axa-axa dinləyirdilər. Belə-belə... camaat qərara gəldi ki, onlar da özlərinə bir padşah seçsinlər. Bunun üçün toplaşdıqları gün Allahın hikmətinə bax ki, hardansa bir quş peyda oldu və o boyda yerli camaatı qoyub gəlib bu gəlmə adamın başına qondu. Düzdür, adamın başını, ayıb olmasın, pislədi, amma kim idi buna məhəl qoyan! (Bax elə bu günəcən el arasında quş birinin başına batıranda hadisəni bəxti gətirmək, xoşbəxtlik əlaməti sayırlar!)

Sonrakı seçimlərdə çox ağıllı və uzaqgörən olduğu üçün padşah işini heç vaxt şansa buraxmadı. Lap əvvəllər padşahı "təyin etmək" üçün göyə göyərçin buraxardılar. Padşahın başına qoyduğu papağın ortasına bir ovuc dən töküldüyünü əhali heç zaman bilmədi... Daha sonralar işin ciddiliyini nəzərə alaraq göyərçini şahinlə əvəz etdilər.

Vəzir də, vəkil də çox arif adam idilər və işarəni göydə qapdılar. Bu o demək idi ki, bu seçkilərdə tacın ortasına bir parça ət qoyacaqlar...

İllərin vərdişi ilə hər ikisi eyni anda, sinxron şəkildə təzim etdilər və iki adamdan bir səs çıxdı:
– Padşahım, çox yaşa!
Bir azdan çaparlar şəhərin dörd tərəfində bütün dayanacaqlara fərmanın kserokopiyalarını yapışdırırdılar və bütün telefonlara ölkənin birinci mobil operatorundan səsli mesajlar göndərildi:
– Ey əhali, duyduq, duymadıq deməyin!..
Və beləliklə, padşah quşqonması mərasiminə qalan bir neçə il müddətində camaat gecə-gündüz o qədər nağıl oxudu ki, artıq kitab oxumağın tiryəkisinə çevrildilər...
Nağıl oxumaq həm də adamları çox xoşbəxt edirdi. Bir də görürdün, gülə-gülə nağılın sonunda göydən düşəcək almaların davasını edirlər.
– Biri mənim, biri mənim...
Söz-söhbət olmasın deyə, biz nağılın sonunda göydən 3 kitab düşməsini məsləhət bildik.
– Biri mənim!

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi? Stiven Siqal Hollivudu tənqid etdi “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 İyun 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri