Icma.az
close
up
RU
Uşaqları kitab oxumağa necə cəlb etmək olar?

Uşaqları kitab oxumağa necə cəlb etmək olar?

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir".

Redaktor.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib.

Mütəxəssisin sözlərinə görə, mütaliəyə məcburiyyət olmadan, müntəzəm vaxt ayırmaqla yanaşıldıqda, oxumaq asanlıqla gündəlik həyatın bir hissəsinə çevrilə bilər. Psixoloq uşaqlarda kitablara maraq yaratmaq üçün bir neçə üsul təklif edib.

"Uşaqlarla birlikdə ucadan oxuyun. Bu, sərbəst oxumağı bacaran uşaqlar üçün də faydalıdır. Böyüklərin ifadəli nitqi əsərdəki qəhrəmanların xarakterini və əhvali-ruhiyyəsini daha yaxşı çatdırmağa kömək edir", - deyə psixoloq vurğulayıb.

Misiyukova qısa mətnlər seçməyi və hekayənin ən maraqlı məqamında oxumağa fasilə verməyi məsləhət görür. Onun fikrincə, bu üsul uşaqda hadisələrin necə davam edəcəyini öyrənmək həvəsi yarada bilər.

"Uşağa kitabı özü seçmək imkanı verin. Bu, komiks, qısa hekayə və ya elmi-kütləvi nəşr ola bilər. Uşaq nə oxuyacağına özü qərar verdikdə, kitaba marağı artır və fikrinə önəm verildiyini hiss edir.

Oxuduğunuz mövzunu real həyatla əlaqələndirərək müzakirə edin. Məsələn, heyvanlar haqqında hekayə oxuduqdan sonra ensiklopediyada həmin heyvanlar barədə məlumat axtarmaq, şəkillərinə baxmaq və ya onları zooparkda canlı görmək olar.

Mütaliəni oyuna çevirin. Rolları bölüşdürmək, hekayə üçün fərqli sonluq düşünmək, qəhrəmanların rəsmini çəkmək və ya kitabdakı səhnələrdən birini canlandırmaq mümkündür".

Psixoloq qeyd edib ki, bu cür fəaliyyətlər uşaqlarda gərginliyi azaldır və mütaliəni birgə yaradıcılıq prosesinə çevirir.

"Müəyyən oxu rejimi yaradın. Məsələn, yatmazdan əvvəl kitaba bir neçə dəqiqə vaxt ayırmaq və ya istirahət günlərində ailəlikcə mütaliə etmək olar. Belə vərdişlər oxumağı gündəlik həyatın adi və səbirsizliklə gözlənilən məşğuliyyətlərindən birinə çevirir.

Kiçik həcmli mətnlərlə başlayın. Uşağın dərhal bütöv bir kitabı oxuması vacib deyil. Qısa hekayələr, şeirlər, komikslər, hətta illüstrasiyaların altındakı yazılar da uyğun seçimdir. Əsas məsələ mütaliəyə müntəzəm vaxt ayırmaq və uşağın qavrama səviyyəsinə uyğun mətnlər seçməkdir", - deyə mütəxəssis fikrini tamamlayıb.(azedu)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri