Icma.az
close
up
RU
Nədir bu boşluq? Cavanşir Yusifli

Nədir bu boşluq? Cavanşir Yusifli

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Cavanşir Yusiflinin "Bədii mətn dəhlizləri" yazısını təqdim edir.

Bədii mətndən gerçəkliyə dəhlizlər açılır, sən bu dəhlizdən gah gur işıq altında, gah da qaranlıq içindən keçirsən. Füzuliylə müqayisədə, Seyid Əzimdə bu dəhliz keçidləri daha aydın şəkildə görünür. Nəbatini oxuyanda yadına, həm də bu mətnə yuxu kimi dalanda hökmən Anri Mişo düşəcək. Bir qum dənəciyini qaldırası olsan, bütün sahil üstünə uçacaq. Nəbati də elə bunu deyirdi. Anri Mişonun mətnlərini diqqətlə oxuyanda ilk və son (- ~!) kəsdirdiyin bu olur ki, bir məqam var - o məqamda, duyğu və düşüncənin qəlbinə çarpıb itən dalğasında hiss edirsən, bu bir neçə mətn bir-birinin davamını gətirir. Onun "Əlifba" şeirində bayaqkı qum dənəciyi əhvalatı ilə bağlı əks-sədalar var; bu niyə belədir? Bədii mətnin quruluşunda, mənanın yaranma prosesində hər hansı deyim-ideya daim, şair əlinə qələm alandan etibarən özünü təkmilləşdirməyə can atır. Baxın:

Ölümü əsdirən qışın soyuğunda donarkən

gözümün tutduğu hər şeyə baxdım son dəfə

hərisliklə.

Bu soyuq baxışın nişangahında

nə ki əsas deyildi, yox olub gedirdi

bir anda.

Ancaq onları döyəcləyir, ölümün belə

yıxa bilmədiyi bəzi-para şeyləri

saxlamaq istəyirdim.

Bir-bir,

Damcı-damcı

qopub gedirdilər,

nəhayət, hansısa əlifbaya sığınıb

hərflərə çevrildilər,

elə bir əlifba ki, başqa bir dünyada

işləyə bilərdi bəlkə.

Təskinlik tapdım beləcə, yaşadığım dünyanın

məni atacağı qorxusundan azad

oldum.

Bu tutacaqdan bərk-bərk yapışıb,

qanım ləzzətlə damarlarıma qayıdanda

onun məğlubedilməz olduğunu

anladım bir daha,

yenidən həyatın açıq səmasına doğru

uçduqca uçdum...

...Düşünürsən ki, bu qənaət və poetik çarpıntılar bizim klassiklərin gerçəkliyə açılan dəhlizlərindən keçir. Poetik deyimin orijinallığı o qum zərrəsinin törədəcəyi "fəlakət" misalındadır. Klassik bədii mətnlərin, qəzəllərin daxilindəki, bətnindəki enerji, sanki sonacan ifadə olunmur, yəni dünyanı, hər halda yaratmaq istədiyi dünyanı büsbütün əhatə edə bilmir, buna səbəb, bəlkə də formanın içindəki küyün "zərbə dalğası"dır. Klassik qəzəl mətnində orijinal, oxucunu heyrətləndirən deyim, söyləm həm də formanın daxili hərəkət dalğalarıdır.

Gerçəkliklə, yox, bədii mətnlə gerçəklik, lap dəqiqi, yazarın öz içində gün kimi doğan gerçəklik arasındakı dəhlizlər sirli-sehrlidir, lap Əli Kərimin "Metronun yaylı qapıları" şeirində olduğu kimi gah bu yerin üzünə, gah da yerin altına açılır. Nəsr əsərlərində bu halət bir az başqa, fərqli donda doğulur, Jalənin (Jalə İsmayıl) hekayələrində dəhliz yazıçının öz içindən başlanır, bu ortam, gizlinlərə açıq şəkildə işarələr mətndə hər dalğa zərbəsində yenidən başlamaq şansını yaradır. O hekayə və esseləri oxuyanda bəzi boşluqlar özünü az qala gözə soxur. Nədir bu boşluq, hə, bir də görürsən, mətnin bu yerinə şəhərin şərqarışan halının rəsmini qoymaq lazımdır, yaxud dialoqların sakit axarında qayıq şəkli, ya da gəmi fotosu, lövbər atıb sərnişinlərini gözləyən...

Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsində də var bu ovqat.

İçində gerçəklik doğmayan yazar nəsə yaza, qaralaya bilməz. Bu "qaralamalar"ın bədii mətnə çevrilməsi böyük, hətta ağır prosesdi. Hekayə mətnində hər şeyin, belə deyək, bütün əşyaların yerini bəlləyən, onları olduqları yerdən aydın göstərə bilən bir sərbəstlik var, bu gərgin mətn deyil, qurulma prinsipi ilə. Sərdar Aminin, məsələn, əksər hekayə mətnlərində təhkiyə maksimum gərginliklə "hərəkət edir", həm də "şütüyür". Bu hekayədə təhkiyə uzaqda qoyulan bir güzgü kimidir, nə qədər kiçik olsa da, hər bir ayrıntı orda əksini tapır. Yuxarıda vurğuladığımız gözlənti nəyədir? Adam uzun bir yol qət edib, Mahaçqaladan keçib orda altı saat gözlədikdən sonra təyyarə ilə Piterə uçur. Hər səhər açılanda özünü eyvana atır ki, qar görsün. Bir də ağcaqayınların gövdəsindəki qara yaralar, hətta ağappaq qarın əhatəsində daha qabarıq görünürlər. Belədə ağ rəng güzgünü görünməz etdiyindən ekrandan yalnız həmin çapıqlar görünür. Müəllif bu "çapıqlar"ı verə bilibmi? Qismən hə. Müəllif hekayədə lazım bildiyi ovqatı rəsm etmək, onu sakit və sərbəst şəkildə göstərmək istəyir, həm də kəsiklər, fraqmentlər şəklində. Bu kəsiklərin birləşib bir tam yaratmaq cəhdi "yalançı gedişdir". O ovqatın rəsmində ən yararlı və uyar "alət" məhz fraqmentlərdən görünən dünyadır. Sonuncu cümlədə də bu metod işləkliyini itirmir, dəhlizdə keçidlər çıxmaza dirənir...

"Ədəbiyyat qəzeti"

Azərbaycan Milli İncəsənət Muzeyində “Sevgi odası” balı təşkil ediləcək Dolub gözlərimə ovunur torpaq - Günün şeiri “Aktyorluğu öyrən” layihəsi davam edir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Yanvar 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri