Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

İndiki şeirimizdə uğultu var Cavanşir Yusifli

İndiki şeirimizdə uğultu var Cavanşir Yusifli

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Cavanşir Yusiflinin "Təkliyi bərpa etmək gücü" essesini tıqdim edir.


Bəzən ard-arda şeirlər oxuyursan, qəzet, jurnal səhifələrində, ayrıca kitabda, elektron sayt və portallarda, amma hardansa ürəyinə daman, hardansa yadında saxladığın bir-iki misranın yerini vermir, bu iki misranı kim yazıbsa, onun külliyyatında belə bu sanki son həlqədir, son dəfə dayanıb gözlədiyin dayanacaqdır. Bilə-bilə ki, əbəsdi bu gözlənti, kimsə gəlməyəcək. Poeziya bütövlükdə belə bir ovqatın da içinə gömüldüyü fəlsəfi fraqmentdir, hər şeyi əvəz edən, fəlsəfəni adi deyimə çevirən, onu insanlar üçün anlaşıqlı edən əvəzsiz hadisədir.

Bu iki misra deyir ki, həyat qurtaracaq yerdir, yananda ürəkdən yan, ağrıyanda bütün hüceyrələrinlə ağrı. Ömrə qənaət olmur, bu ömrü baltalamaq, heç-puça çıxarmaq, külünü göyə sovurmaq...

Bir gün dərdiyin çiçək səni içinə çəksə,
Sevdiyin həmin adam deyəcək ki, çiçəksən.

El Roman

Sonra. Xulio Kortasarın "Sarı çiçək" hekayəsi. Diqqət edək: "Çiçək ləkində böyümüşdü bu sarı çiçək. Ayaq saxlamışdım ki, siqaretimi alışdırım və birdən onu gördüm. O da, deyəsən, mənə baxırdı, bəzən belə də olur... Bilirsiniz, bu kimi işlər gözəlliyi hiss edənlərin başına gəlir. Elədir, çiçək çox gözəl idi, ağlımı başdan aparırdı. Qeyri-adi gözəlliyi vardı. Mənsə, sanki ölümə məhkumdum, birdəfəlik yox olmalıydım. Çiçək füsunkar idi, həmişə açacaq, insanlar da bu çiçəklərə baxıb keçəcəklər. Birdən anladım ki, indi sakitlik kimi hiss elədiyim bu "heçlik" zəncirin son həlqəsidir".

İnsan yox olmaq duyğusunu məhz gözəlliyi bütün qəlbi, bütün ruhuyla hiss etdiyi anda yaşaya bilir.

Poeziya həm də budur - gözəlliyin dəruni hiss edilməsi və bunun misralar biçimində ifadə olunmaması.

Haydegger nə deyir? - "Şeirin orijinal dili varlıq hadisəsini əsaslandırır və təsbit edir, bizi... bizdən gizlədilənlərlə, özünü bizə fərqli göstərən bir dünya ilə üz-üzə gətirir. Haydeggerə görə bu, Yer üzünün, təbiətin özünü bizə göstərdiyi, bildirdiyi parıltıdır...

Adicə parıltı. Xulio Kortasarın hekayəsində də bu parıltı iştirak edir. Ancaq yazıçı bunu sadəcə arxa planda saxlayır. Hadisənin arxa planı nəsrdə poeziyadır, həm də misralar şəklində ifadəsi müşkül olan poeziya. Həyat və ölüm, yox olmaq və gözəlliyi son dəfə ifadə edə bilməyəcəyin formada hiss etmək, içinə çəkmək.

Fransız filosofu Alain Badiou üçün poeziya həmişə düşüncə yeri, həqiqət prosedurudur. Demək, gözəlliyin dəruni hiss edilməsi həqiqətin kənara atılması demək deyildir. Alain Badiouya görə, bu həqiqət proseduru bütün varlığı ilə real olana bağlanmaq ehtirası ilə gerçəkliyin bətnindəki bütün kənaraçıxmaları öz dili ilə nümayiş etdirir.

Bizim poeziyada ən yaxşı və əbədiyaşar poeziya nümunələrində də bu var - şeirlə, adi "poetik təsvirlə" yeni, orijinal mətləb icadı. Elə bir şey ki, onu nəsrə "salmaq", fəlsəfə kimi formalaşdırmaq, başqa bir dilə çevrmək qeyri-mümkündür. S.Vurğunun "Mən tələsmirəm", R.Rzanın "Çinar", Əli Kərimin "Babək", "Hadiyə" şeirləri bu qəbildəndir.

Haydegger daha sonra "Hölderlin və poeziyanın mahiyyəti" kitabında deyir ki, poeziya əzəli - ilkin dildir. Bu o deməkdir ki, poeziyanın dili, daha doğrusu, Hölderlin şeirinin dili özündə varlığın həqiqətini hifz edən dilin ilkin mahiyyətidir. Dilin ilkin görünüşü, bütün mahiyyəti, məhz poeziyanın bətnindədir.

Filosofların poeziya təfsirlərində "təkliyi bərpa etmək" anlayışı var.

Təkliyi bərpa etmək - bizim düşüncəmizdə elə bir ortam yaratmaq ki, dünya və gerçəkliyin bütün işıqlı və qara nöqtələri görünsün, xəritə kimi; bu semiotik xəritədə ayrı-ayrı yer adlarının üstünə sancaqlanan iynələr dayanacaq dirəkləridir. Lampaları sınmış, işığı sozalmış dirəklər...

Gözəlliyi hiss edib - dərk edib bu dirəyin altında durmuş son insan...

Təkliyi bərpa etmək - bütün dünyanı bir ovuc içində hiss etmək kimi...

İndinin şeirlərində tək adam da xorla danışır.

Bizim indiki şeirimizdə belə bir uğultu var...

Sənə deyəcəklər necə “oğraşam” - Günün şeiri 4,3 milyon funt-sterlinqə satılan əsər Bir yerdə qəbrim var, on yerdə sağam - Qorxmaz Şıxalıoğlu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Mart 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri