Icma.az
close
up
RU
NEFT 50 DOLLARA?! Neftin ucuzlaşması qaçılmaz görünür, büdcə buna hazırdırmı?

NEFT 50 DOLLARA?! Neftin ucuzlaşması qaçılmaz görünür, büdcə buna hazırdırmı?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər dünya neft bazarında, eləcə də bu bazara təsir edən geosiyasi arenada baş verənlər neftin qiymətinin enməsinə şərait yaratmaqdadır. Nəticədə sentyabrın 29-u səhərdən başlayaraq İraq neftinin Türkiyəyə ixracının bərpası və OPEC+ ölkələrinin neft hasilatında yeni artım gözləntiləri fonunda neftin qiyməti aşağı düşüb.

Sırf dünyadakı iqtisadi aktivlik və neft ehtiyatlarına dair durumdan çıxış edilsə, neftin ucuzlaşması qaçılmaz görünür. Lakin bu enişin qarşısını alan yeganə faktor kimi, bir çox mütəxəssislər Ukraynanın Rusiyaya qarşı PUA hücumlarını göstərirlər. Hansı ki, həmin hücumlar demək olar ara vermir və Rusiya HHM sistemləri öz neft email zavodlarını qorumaqda aciz görünürlər. Sentyabrın 27-də Ukrayna PUA-ları Rusiyanın Çuvaşiyadakı neft nasos stansiyasını vurub. Hücum nəticəsində bu nasos stansiyası ilə böyük ölçülü neft nəqli dayandırılıb.

Sentyabrın 26-na keçən gecə Rusiyanın Krasnodar vilayətində yerləşən Afipski Neft Emalı Zavoduna PUA zərbəsi endirilməsi nəticəsində zavodda yanğın baş verib.

Daha əvvəl də endirilən zərbələr nəticəsində Rusiya neft email sənayesinin 20 faizə yaxını sıradan çıxarılıb. Nəticədə ölkədən neft məhsulları ixracına, o cümlədən benzinlə yanaşı, dizel yanacağı ixracına da qadağa qoyulub. Çünki Rusiyanın özünü belə təmin edəcək yanacaq yoxdur, əksər YDM stansiyaları qarşısında böyük növbələr yaranıb, Krım başda olmaqla, bir çox bölgələrdə yanacaq ümumiyyətlə talonla verilir və sair.

Novorosiysk limanına endirilən zərbədən sonra isə Qara dəniz vasitəsilə xaricə neft nəqli dayanıb. Əlbəttə ki, bütün bunlar da dünya bazarında neftin kəskin ucuzlaşmasının qarşısını bir qədər alır. Buna baxmayaraq, neftin qiymətinin düşməsi davam edir. Məsələn, “Bloomberg” xəbər verir ki, sentyabrın 30-da səhər saatlarında İsrail və ABŞ Qəzzada müharibəyə son qoymaq planı ilə bağlı razılığa gəldikdən sonra neft qiymətləri düşməyə davam edib. Səhər saatlarına olan məlumata görə, Brent markalı neftin bir barrelinin qiyməti 71 sent azalaraq 66,38 dollar təşkil edib. Amerikanın West Texas Intermediate (WTI) xam nefti 70 sent ucuzlaşaraq barreli 62,75 dollara düşüb. Hər iki qiymət avqustun 1-dən bəri ən aşağı qiymətdir.

OPEC+ ölkələrinin neft hasilatında gözlənilən növbəti artımı da qiymətlərin aşağı düşməsinə səbəb olur. Oktyabrın 5-də keçiriləcək iclasda kartel noyabrda hasilatı 137 min barrel artırmağı nəzərdən keçirəcək.

Bundan əlavə, ABŞ-də hökumətin bağlanması(“şatdaun”) riski neftə tələbatla bağlı narahatlıqları daha da artırır və bu da neft qiymətlərinin aşağı düşməsinə səbəb olur. ABŞ Konqresindəki Demokratlar və Respublikaçılar hələ də müvəqqəti büdcə ilə bağlı razılığa gələ bilməyiblər. Oktyabrın 1-dək danışıqlar uğursuz olarsa, ABŞ-nin dövlət qurumları maliyyə çatışmazlığı səbəbindən bağlanacaq və onların yüz minlərlə işçisi məzuniyyətə buraxılacaq.

Bütün bunların fonunda bazarda həddindən artıq təklif və zəif tələblə xarakterizə olunan durum neftin ucuzlaşmasını daha aktual ssenari kimi göstərir. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, OPEC+-dan istifadə olunmamış barrellərin qaytarılması, eləcə də qrupa daxil olmayan istehsalçıların artan neft tədarükü 2026-cı ildə bazarda rekord neft profisiti, yəni, neft artıqlığı ilə nəticələnəcək. Nəticədə “Bloomberg”-in analitikləri də daxil olmaqla, bir çox ekspertlər Brent markalı neftin qiymətinin bir barrel üçün hətta 50 dollara düşəcəyini düşünürlər. Ən azından hazırkı ABŞ administrasiyası da bunun üçün əlindən gələni edir. Çünki onun fikrincə, məhz neftin kəskin ucuzlaşması Rusiyanı Ukraynaya qarşı işğalı dayandıra və danışıqlar stoluna oturda biləcək ən əsas faktorlardan biridir.

Xatırladaq ki, Nazirlər Kabinetinin təqdim etdiyi Azərbaycanın 2026-cı ilə aid ilkin büdcə layihəsində neftin bir barreli 65 dollardan götürülüb. Əgər yuxarıda qeyd edilən bədbin proqnozlar özünü doğrultsa, hər barreldə 15 dollar itirilə və büdcədə olduqca böyük kəsir yarana, bu da müxtəlif maliyyə-iqtisadi fəsadlara yol aça bilər. Təəssüf ki, hələ də Azərbaycan iqtisadiyyatının neftdən asılılığını zəiflədən ciddi və miqyaslı addımlar atılmadığından iqtisadiyyatımız və büdcəmiz olduqca həssas duruma gəlib. Bu səbəbdən dünyada Azərbaycanın iradəsindən kənarda baş verən hadisələr ölkəmiz üçün ciddi iqtisadi risklər daşımaqda davam edir…

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri