Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

OPEK+ ölkələrinin riskli qərarı neft 50 dollara düşsə...

OPEK+ ölkələrinin riskli qərarı neft 50 dollara düşsə...

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya bazarında neft qiymətləri və hasilatı ilə bağlı maraqlı proseslər cərəyan etməkdədir. Qiymətlərin azaldığı bir vaxtda səkkiz OPEC+ ölkəsi bu ilin iyun ayından hasilatı kəskin şəkildə - gündəlik 411 min barel artıracaq. Razılaşmada iştirak edən ölkələr cari planlarına mümkün düzəlişlər üçün hər ay görüşməyə söz verirlər.

Ekspertlər hesab edirlər ki, hasilatın artırılması qərarının əsas məqsədi OPEC+ razılaşmasını pozanları müəyyən edilmiş kvotalara əməl etməyə məcbur etməkdir. Kartel liderləri bu tədbirlər effekt vermədiyi təqdirdə daha da irəli gedəcəklərini vəd edirlər.

Qərb agentliklərinin verdiyi məlumata görə, saziş iştirakçıları hasilat kvotalarına əməl etməməyə davam edərsə, OPEC+ neft hasilatının artımını daha da sürətləndirə və oktyabrın sonuna qədər könüllü azaldılan 2,2 milyon barel hasilatı tam bərpa edə bilər. OPEC+ qərarı artıq qara qızılın qiymətlərində azalma gözləntilərini artırıb. Mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ixracatçı ölkələr, hasilat artımının 2026-cı ilin sentyabr ayına qədər davam edəcəyinə qərar veriblər. OPEK+ iştirakçıları bildirirlər ki, iyun ayında hasilatı sürətləndirmək qərarı mövcud sağlam bazar əsaslarını nəzərə alaraq qəbul edilib. Səkkiz OPEC+ ölkəsi (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) bu addımın iştirakçı ölkələrə kompensasiyalarını sürətləndirmək imkanı verəcəyini qeyd edirlər.

Gözlənilir ki, artıq iyun ayında onlar aprel ayından könüllü hasilatın ümumi həcminin 30 faizdən çoxunu neft bazarına qaytara bilərlər. Hesablamalara görə, OPEC+ ölkələrinin iyun ayı üçün ümumi kvotası sazişi pozanlardan kompensasiyalar nəzərə alınmaqla sutkada 36,14 milyon barel təşkil edəcək ki, bu da may ayı ilə müqayisədə 359 min barel çoxdur. Qərb analitikləri hesab edir ki, OPEC+ qərarı növbəti üç rüb ərzində qlobal neft ehtiyatlarını 200 milyon barel artıra bilər ki, bu da qiymətlərin bir barel üçün 50 dollara düşməsi riskini yaradır. Bu ilin əvvəlindən neft artıq təxminən 19 faiz ucuzlaşıb. Və kartelin aprel qərarından sonra “Brent” markalı neftin qiyməti bir həftə ərzində təxminən 72 dollardan 60 dollara düşüb.

İqtisadçılar hesab edir ki, əgər neft qiymətləri 50 dollar civarında bir neçə il qalsa, neftdən kəskin asılı olan ölkələrdə ciddi iqtisadi dalğalanmalar baş verəcək və  Azərbaycan da bu sırada ola bilər. Vəziyyətin qəlizliyi həm də ondadır ki, qiymətlə paralel neft hasilatı da azalır.

İqtisadçı-ekspert Elman Sadıqova görə, 2025-ci ilin əvvəlindən və hazırda neft bazarında gedən proseslər gözlənilməz deyil: “Bu vəziyyətin yaranacağı hələ ötən ilin payızında - Donald Trampın seçki kampaniyası zamanı proqnoz edilirdi. Hamı gözləyirdi ki, Tramp hakimiyyətə gələrsə, kəskin tarif siyasəti yürüdəcək. Bunu da ona görə edirdi ki, birinci hakimiyyəti dövründə daha rasional və düşünülmüş tarif siyasəti ilə kifayət qədər ciddi nəticələr əldə etmişdi. Bu siyasətdən həddən artıq ruhlanan, bir az da eyforiyaya düşən Trampın onu daha da kəskinləşdirəcəyi gözlənilirdi. Lakin heç kim belə geniş, hamıya yönəlik və belə deyək, tam araşdırılmamış siyasət gözləmirdi. İndi bu siyasət başladılıb, onu digər məhsulların qiymətlərində yaratdığı bahalaşma neft-enerji qiymətlərini aşağı çəkir. Neftin ucuzlaşması isə ABŞ-da mühüm əhəmiyyətə malik benzin-dizel qiymətlərini salır. Bu da ölkədə inflyasiyanın sürətlənməsini xeyli dərəcədə tormozlayır: yükdaşıma xidmətlərinin, kənd təsərrüfatı məhsullarının qiymətləri düşür. Bu, neftin qiymətini ucuzlaşdırmağı prioritetə çevirir və Tramp da bunu nəzərə alır. Neft qiymətlərini aşağı salmaq imkanları çoxdur - bazarda təklifi artırmaq bunun ən asan yoludur. Tramp bunu Venesueal, İran neftini bazara qaytarmaqla da edə bilərdi, lakin əsas ixracatçılar olan ərəb ölkələrinə təsiri seçib. Əvvəlcə hədəf 45-50 dollar idi, lakin tezliklə aydın oldu ki, bu qiymət ABŞ-ın özünün neft hasilatında artımın qarşısını alacaq, sektora mənfi təsir göstərəcək. Buna görə də kompromis variant kimi 50-55 dollar aralığında dayanıldı. Burada əsas məsələ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər neft ixracatçılarını razı salmaq idi. Tramp onları buna razı salıb: bu, aydın görünür. Ərəb dövlətlərinin hazırda ABŞ-ın bu iradəsinə qarşı getmək imkanı-potensialı yoxdur. Çünki Tramp rahatlıqla onlardan üz çevirib, Venesuela, İran neftini bazara qaytara bilər. Bu halda hasilatı artırmaq istəməyən ölkələr bazar paylarını itirməklə yanaşı, ABŞ kimi superdövlətin düşmənçiliyini qazanmış olacaqlar. Bunu isə, əlbəttə, heç bir ərəb dövləti istəmir. Onlar qısa müddət ərzində neftin aşağı qiymətlərinə dözməyə razılaşmaq məcburiyyətində qaldılar. Müvəqqəti deyirəm, ona görə ki, Tramp əsas ticarət tərəfdaşları ilə tarif razılaşmalarına nail olandan sonra neft qiymətlərinin bir qədər yuxarı qalxmasına imkan verə biləcək, lakin 55 dollardan yuxarı olacağı gözlənilən deyil”.

Ekspert qeyd edir ki, hazırkı neft qiymətləri ABŞ-ın tarif siyasəti fonunda neft idxal edən tərəfdaşları üçün ciddi stimuldur: “Görürsünüz, ABŞ-ın əsas müttəfiqləri olan Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya və digərləri ABŞ-a qarşı kəskin tarif siyasəti qərarları almadılar. Enerji qiymətlərindəki ucuzlaşma onlara böyük dividentlər gətirir: xərclər azalır, inflyasiya düşür. Onlar artıq ABŞ-la tarif danışıqlarına başlayıblar və yəqin ki, yaxın 1-2 ay ərzində bütün əsas ticarət tərəfdaşları ilə hamını qane edən razılaşmalar əldə olunacaq. Neft ixracatçıları, xüsusilə də Səudiyyə Ərəbistanı bunu görür. Düşünürəm ki, neft qiymətlərinin 50 dollara qədər düşməsi gözləniləndir. Və Azərbaycan 50 dollar ətrafındakı neft qiymətlərinə hazırdır. Bu, ciddi devalvasiya təzyiqi də yaratmayacaq, əgər müəyyən addımlar atılacaqsa. Bu addımların atılacağını gözləyirəm, çünki hazırkı məqamda ölkə iqtisadiyyatında ciddi təlatümlərə yol açacaq proseslərə yol verilməsi ağır nəticələrə səbəb ola bilər. Fikrimcə, ölkənin mövcud borc səviyyəsi, valyuta ehtiyatlarının həcmi, iqtisadiyyatın vəziyyəti imkan verəcək ki, belə təlatümlərdən yayınmaq mümkün olsun. Hökumətin artıq zəruri fəaliyyət planına sahib olduğunu düşünürəm, çünki neft bazarındakı hazırkı proseslər artıq ötən ilin payızından proqnozlaşdırılırdı”.

Qeyd edək ki, mayın 8-də dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 1,69 ABŞ dolları və ya 2,6 faiz azalaraq 63,25 ABŞ dollarına düşüb. Azərbaycan üçün neft qiymətlərinin düşməsi ilə yanaşı, onun hasilatının azalması da problem yaradan amildir. Rəsmi statistikaya əsasən birinci rübdə Azərbaycanda 6,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,8 milyon ton təşkil edib.

Rüb ərzində 5,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 4,9 milyon tonu konsorsiumların, 0,7 milyon tonu SOCAR-ın, 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. Beləliklə, birinci rübdə Azərbaycanda neft hasilatı illik ifadədə 400 min ton azalıb. Bunun 200 min tonu “Azəri-Çıraq-Günəşli”də, 100 min tonu (kondensat) “Şahdəniz”də,  100 min tonu isə SOCAR üzrə qeydə alınıb. İxracda 300 min ton AÇG, 100 min ton SOCAR üzrə azalma var. 

Neft ixracının həcm və dəyər baxımından azalması ölkənin valyuta gəlirlərində açıq hiss olunur. Belə ki, birinci rübdə Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 1 milyard 177,406 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 270,4 milyon ABŞ dolları və yaxud 18,7 faiz azdır.

Bundan əlavə, dövlət büdcəsinə neft-qaz sektorundan daxil olan vergilərdə də kəskin azalma var. Açıqlanan hesabata əsasən birinci rübdə bu gəlir mənbəsindən büdcəyə 1 milyard 367,2 milyon manat daxil olub. Bu, illik ifadədə 40 faiz azalma deməkdir. Qeyd edək ki, ötən ilin eyni dövründə Vergi Xidmətinin xətti ilə büdcəyə neft-qaz sektorundan 2 milyard 284 milyon manat daxil olmuşdu.

Azərbaycan hökuməti neft hasilatı və neft ixracından gəlirlərin azalmasını gözləyir. Bildirilir ki, bu azalma 2029-cu ilədək davam edəcək. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2025-ci ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatının artması sektorun inkişafına artırıcı təsir edəcək. 2027-2029-cu illərdə neft və əmtəəlik qaz hasilatı (2029-cu il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.

Lakin hökumətin açıqladığı ortamüddətli dövr üçün büdcə çərçivəsində hesablama və proqnozlaşdırma neftin 65 dollarlıq orta qiyməti əsasında aparılıb. Gözləntilər isə neft qiymətlərinin 55-60 dollarlıq həddə uzunmüddətli dövrdə qalması yönündədir. Buna görə də iyunun əvvəlinə qədər hökumətin dövlət büdcəsinə dəyişiklik təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir.

\\“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri