Icma.az
close
up
RU
Neftin ucuzlaşması davam edir 50 dollara düşəcəyi ehtimal olunur

Neftin ucuzlaşması davam edir 50 dollara düşəcəyi ehtimal olunur

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Neft qiymətləri ABŞ və Çin arasında ticarət gərginliyinin azalmasına dair siqnallar fonunda enməkdə davam edir. Brent markalı neftin bir bareli 61 dollar civarında, ABŞ istehsalı olan WTI nefti isə 57 dollar səviyyəsinə qədər geriləyib.

ABŞ və Çin arasında növbəti ticarət danışıqlarının bu həftə keçirilməsi planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp Asiyalı tərəfdaşa qarşı tətbiq edilən yüksək gömrük rüsumlarının davamlı olmadığını bildirərək, görüşlərin razılaşma ilə nəticələnə biləcəyinə dair nikbin açıqlamalar verib.

Bu arada, Çin iqtisadiyyatı ardıcıl ikinci rübdə də zəifləyib. Güclü ixraca baxmayaraq, həm istehlakçıların, həm də şirkətlərin xərclərini azaltması ölkə iqtisadiyyatının artması sürətinə mənfi təsir göstərib.

Həftəsonu İsrail və Həmas arasında gərginliyin yenidən alovlanması qiymətlərə qismən dəstək versə də, İsrail tərəfi ABŞ vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin qüvvədə qaldığını bildirib.

Neft fyuçersləri ardıcıl üçüncü aylıq azalma ilə üz-üzədir və 2026-cı ilə qədər davam edəcəyi proqnozlaşdırılan təklif artıqlığı qiymətlər üzərində təzyiq yaradır. Beynəlxalq Enerji Agentliyinin (IEA) ötən həftə dərc etdiyi hesabatda bu artıqlığın əvvəlki proqnozlardan daha böyük olacağı bildirilir. Bununla belə, Ukraynanın Rusiya enerji infrastrukturuna hücumları bəzən qiymətlərdə qısamüddətli artımlara səbəb ola bilər.

Donald Tramp ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə ikinci dəfə görüşərək Ukraynadakı müharibəyə son qoymaq səylərini davam etdirdiyini açıqlayıb. Lakin əvvəlki danışıqlar münaqişənin dayandırılmasında məhdud nəticə verib. Bununla belə, gərginliyin azalması halında “Citigroup Inc.” analitikləri neftin qiymətinin bir barel üçün 50 dollara qədər düşə biləcəyini ehtimal edirlər.

Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, dekabr ayı üzrə Brent markalı neft fyuçersləri 0,3% azalaraq bir barel üçün 61,08 dollara, "WTI" markalı ABŞ nefti isə 0,4% geriləyərək 57,33 dollara düşüb. Hər iki müqavilə ötən həftə 2%-dən çox ucuzlaşıb və son beş ayın minimumuna yaxınlaşıb.(marja.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri