Icma.az
close
up
RU
Neft sektoruna investisiyalar kəskin azalacaq

Neft sektoruna investisiyalar kəskin azalacaq

News24 saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin sonuna qədər neft-qaz şirkətlərinin kəşfiyyat və hasilat seqmentinə investisiyaları son beş ildə ilk dəfə azala bilər.

News24.az xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin illik Dünya Enerji İnvestisiya hesabatında əksini tapıb. Hesabata görə qeyd olunan istiqamətə investisiyalara 4 faiz azalmaqla 570 milyard dollardan bir qədər aşağı düşə bilər. Bu zaman xüsusilə neftin kəşfiyyatı və hasilatına investisiyalar 6 faiz azalacaq, qaz isə bir qədər artacaq.

BEA analitiklərinin fikrincə, belə dinamika neft şirkətlərinin öz portfellərində qaz layihələrinin payını artırmaq istəyi ilə bağlıdır: "Qaz hasilatına qoyulan sərmayələrin bir hissəsi LNG layihələrinin davam etdirilməsinə yönəldiləcək. Bu layihələrə artıq əhəmiyyətli məbləğlər xərclənib, ona görə də onlar qiymətlərin son enişinə və qeyri-müəyyən investisiya mühitinə daha az həssasdırlar".

Eyni zamanda neft emalına qlobal investisiyalar rekord həddə - 30 milyard dollardan aşağı düşəcək. Bu vəsait hesabına gündə cəmi 1 milyon barel yeni istehsal gücü əldə ediləcək, analoji hasilat gücünə malik bir sıra neft emalı zavodları isə bağlanacaq.

BEA-nın proqnozlarına görə, Yaxın Şərq şirkətlərinin neft və qaz kəşfiyyatı və hasilatına investisiyalarının payı bu ilin sonuna kimi bu investisiyaların ümumi həcminin 20 faizini keçəcək. İnvestisiyaların əhəmiyyətli hissəsi Səudiyyə Ərəbistanında qaz layihələrinin, o cümlədən Jafurah yatağının, həmçinin BƏƏ-dəki Rub Əl-Xali yatağının və Qətərdəki Şimal yatağının genişləndirilməsinə yönəldiləcək ki, bu da LNG layihələri üçün resurs bazasına çevrilməlidir.

2025-ci ilin sonuna kimi Amerikanın neft və qaz hasilatına investisiyalar ötən illə müqayisədə 10 faiz azala bilər. BEA analitikləri keçən il qlobal sərmayənin təxminən 15 faizini təşkil edən “şist istehsalçılarını” son aylarda qlobal enerji qiymətlərinin düşməsinin əsas qurbanları adlandırırlar.

Keçən il qlobal neft-qaz investisiyalarının strukturunda payı 6 faizə - 2015-ci ildən bəri ən aşağı göstəriciyə düşmüş Rusiyanın bu il onu bir qədər də artırmaq perspektivi var: "Şirkətlər qocalmış yataqlarda hasilatı kompensasiya etmək üçün yeni yollar axtarır, lakin investisiya perspektivləri qiymətlərin düşməsi, itirilmiş Avropa bazarını əvəz etməkdə çətinliklər, sanksiyalar və yüksək vergi yükü səbəbindən təzyiq altındadır".

BEA vurğulayır ki, mövcud yataqlarda hasilatın azalmasının ləngidilməsi üçün həll yollarının axtarışı bu il neft və qaz investisiyaları üçün əsas istiqamətdir və onların ümumi həcminin təxminən 40 faizini təşkil edir.

\\Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyun 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri