Neft tankerinin vurulmasına Türkiyədən ilk reaksiya
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu 140 min ton neft yüklü tankerdə partlayışın xarici müdaxilə nəticəsində baş verdiyini bildirib.
Axar.az APA-ya istinadla xəbər verir ki, nazir sualtı hücum versiyasının araşdırıldığını deyib.
“Sualtı hücumla bağlı ehtimallar dəyərləndirilir. Texniki qruplarımız hadisə yerinə yönləndirilib. Onlar yaxın saatlarda bunu müəyyən edəcəklər. Biz daha dəqiq açıqlamanı araşdırmadan sonra verəcəyik. Amma hazırda onu deyə bilərik ki, bu, müdaxilə nəticəsində baş verən partlayışdır. Xüsusilə də mühərrik bölməsinə yönəlməsi gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyır”, - o vurğulayıb.
Qeyd edək ki, Türkiyəyə məxsus ALTURA xam neft tankeri Qara dənizdə dronla vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 26 Mart 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















