Icma.az
close
up
RU
Türkiyədən Azərbaycan təyyarəsinin vurulmasına REAKSİYA

Türkiyədən Azərbaycan təyyarəsinin vurulmasına REAKSİYA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub. 

İlkin məlumatlara görə, Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və "Pantsir-S1” zenit-raket kompleksi tərəfindən ciddi zərbə alan təyyarə Aktauya istiqamətlənib. Ona Qroznıya yaxın aeroportlara eniş etməyə icazə verilməyib. Təyyarə Aktau aeroportuna 3 dəqiqəlik məsafə qalanda qəzaya uğrayıb. Hadisə zamanı həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.

Təyyarənin “qara qutu”su aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır.

Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasını istintaqın yekunlarına qədər qiymətləndirməyəcək. Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə açıqlamasında deyib ki, onlar “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaların yekunlaşmasını gözləyirlər. Ona qədər Kreml olaya heç bir qiymət verməyəcək.

Rəsmi Bakı müxtəlif kanallarla Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir.

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qəzada ölənlərə Allahdan rəhmət diləyib:

"Allahdan bu ağır təyyarə qəzasında həlak olan can Azərbaycan vətəndaşlarına Allahdan rəhmət diləyirik. Yaralıların tez bir zamanda sağalmasını arzu edirik. Azərbaycan xalqına, ölənlərin yaxınlarına səbir diləyirik. Həqiqətən, çox pis hadisədir".

Şamil Ayrım təyyarənin vurulması ilə bağlı xəbərlərə münasibət bildirib:

"Mətbuatdan aldığımız məlumata görə, Qroznı yaxınlığında təyyarə vurulur. Həmin vaxt 4 hava limanı olmasına baxmayarq, heç birinə enişlə bağlı icazə verilməyib. Təyyarənin avtomatik sistemlərinin hamısı bağlandığı üçün təyyarə əlaqə qura bilmir. Ancaq Qazaxıstan hüdudlarına girdiyi zaman Aktauya 50 kilometr qalmış əlaqə qurula bilir. Təbii ki, çox pis qəzadır. Təyyarənin "qara qutusu" da tapılıb, orada səs yazıları var. Təyyarənin içindən görüntüləri var. Bunu səlahiyyətli şəxslər aydınlaşdırmalıdır. Hələ də təyyarənin qəzaya uğramasına səbəb olan rus səlahiyyətlilərindən dəqiq bir açıqlama yoxdur. Məsələ hələ də araşdırma mərhələsindədir. Ona görə də bir şey deyə bilmirik. Məhz buna görə də, əvvəla bunların aydınlaşdırılmasına zərurət var. 

Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, tıyyarəni vururlar, sonradan onun sərnişin təyyarəsi olduğunu anlayırlar. Bunu başa düşməməkləri mümkün deyil. Hadisəni törədənlərin ictimaiyyət üçün məsələləri aydınlaşdırmasına ehtiyac var. Gözləmək lazımdır. Bundan sonra məsələnin digər tərəfləri danışıla bilər. Veriləcək təzminat ölənləri geri gətirə bilməz. Amma hər bir nüansın müzakirə olunmasına zərurət var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri