Icma.az
close
up
RU
Neft və qazın bahalaşması dünya iqtisadiyyatını təhdid edir

Neft və qazın bahalaşması dünya iqtisadiyyatını təhdid edir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Hörmüz boğazını birdəfəlik bağlaması qlobal iqtisadiyyat, o cümlədən enerji bazarını təlatümlərlə qarşı-qarşıya qoyub. Tehran əvvəllər tankerlərin rüsum ödəməklə boğazdan keçməsinə icazə verəcəyini bəyan etsə də, ABŞ-ın bu ölkənin nüvə mərkəzlərini raket zərbəsinə tutmasından sonra fikrini dəyişərək gəmilərin boğazdan keçmək icazəsini birdəfəlik qapadıb. Gəmilərin okeanda izlənməsi xidməti göstərən “MarineTraffic”in məlumatına görə, hətta İranın yaxın müttəfiqi Çinin “Cosco Shipping” dövlət şirkətinə məxsus olan “CSCL Indian Ocean” və “CSCL Arctic Ocean” konteyner daşıyan gəmiləri də boğazdan buraxılmayıb.

SEPAH bəyanat yayaraq bildirib ki, Hörmüz boğazından okeana və əks istiqamətə hərəkət edən, İsrail və ABŞ-yə və onların müttəfiqlərinə məxsus bütün gəmilər zərbələrə məruz qalacaq.

Baş verən proseslər və qlobal xammal tədarüklərinin hərəkətində ən gərgin mərhələni başladıb ki, bu da dünya enerji bazarında neftin və qazın qiymətinin kəskin artmasına səbəb olub. Hətta ABŞ-nin İrana quru qoşunları göndərmək istəyi, Tailand bayrağı altında yük daşıyan gəminin Hörmüz boğazında İran tərəfindən raket zərbəsinə məruz qalaraq yanmasından sonra birjalarda neftin qiyməti son 2 gündə daha 6-7 faiz artıb. London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 115, WTI markalı 102,75, “Azeri Light” markalı neftin 1 barelinin qiyməti isə 128, 05 dollara yüksəlib.

Enerji fraqmentasiyaları dünya bazarında neftlə bərabər, qazın da qiymətinə təsir edib. Hazırda Avropada təbii qazın qiyməti kəskin artaraq 1000 kubmetr üçün 900 dollara yüksəlib. Qiymətlər son 3 ilin ən yüksək hədlərinə yaxınlaşır. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 1200 dollara kimi artmışdı. Cari ildə isə İranın Qətərin sıxılmış qaz istehsal edən zavodunu raket zərbəsi ilə vurması ixracı dayandırmış və qiymətlər sıçrayışla 850, indi isə 900 dollara kimi artıb.

Səudiyyə Ərəbistanının Şərq-Qərb neft boru kəmərini yenidən işə salması az da olsa qiymət sıçrayışlarının qarşısını alıb. Bu boru kəməri ölkənin şərq bölgəsində yerləşən yataqlardan nefti qərb bölgəsinə-Qırmızı dənizin sahilindəki Yanub limanındakı terminala daşınmasını təmin edir. Martın 29-da həmin kəmər vasitəsilə Səudiyyə Ərəbistanı tərəfindən 5 milyon barel neft nəql edilib ki, bunun da 2 milyonu daxili tələbata yönəldilib, qalan 3 milyonu isə dünya bazarına çıxarılıb. Tankerlər Yanub limanına yan alaraq neft daşıya bilirlər.

Ancaq əlavə tədarüklər də neftin bahalaşmasının qarşısını ala bilmir, qarşıdakı günlərdə enerji birjaları daha yüksək qiymətləri gözləyir. ABŞ-ın nüfuzlu “JP Morgan” maliyyə-bank strukturunun ehtimallarına görə, Hörmüz boğazının daha bir ay müddətinə blokadada qalması “Brent” markalı nefti 150 dollara qədər yüksəldə bilər. “Moody’s” beynəlxalq reytinq agentliyi isə dünya bazarında əsas maye qaz (LNG) tədarükçüsü olan Qətərin enerji infrastrukturuna İran tərəfindən ciddi zərbə vurulmasının bu yanacağın görünməmiş dərəcədə yüksək qiymətə - 100 avroya çatmasını fərz edir.

Qlobal iqtisadiyyat zəifləyir

Neftin bahalaşması bütünlüklə qlobal iqtisadiyyatı da dərindən təhdid edir. İlk növbədə, neft və enerjinin bahalaşması sənaye və istehsal xərclərini artırır, iri şirkətlərin bazar xərclərinin yüksəlməsi fonunda alıcılıq portfelini aşağı salır. Eyni zamanda, neftin bahalaşması dünya maliyyə sisteminə kəskin təsir edərək bir sıra səhm və investisiya alətlərinin fond dəyərini ucuzlaşdırır. Nəticədə iri bank və investisiya şirkətlərinin, eləcə də suveren fondların maliyyə alətlərinin səhm və istiqrazları, digər qiymətli kağızları dəyərdən düşür. Mart ayının ikinci ongünlüyündə qlobal maliyyə bazarlarında həm iqtisadi göstəricilərin, həm də geosiyasi risklərin təsiri ilə formalaşan yüksək volatillik ABŞ, Almaniya, Avrozona və İngiltərədə makroiqtisadi göstəriciləri pisləşdirib. İnvestorlar mövcud şəriatdə monetar siyasət gözləntilərini yenidən qiymətləndirir ki, bu da dünya birjalarında ehtiyatlı ticarət mühitini formalaşdırır, bəzi investorlara və səhmdarlara aktiv fəaliyyətdən çəkinmək siqnalları verir. İnvestorlar riskli aktivlərdən qismən uzaqlaşmaq və vəsaitləri təhlükəsiz aktivlərə yönəlmək səmtinə üstünlük verməkdədir.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) bu günlərdə yaydığı bəyanatda bildirilir ki, Yaxın Şərqdəki münaqişə enerji daşıyıcıları və gübrələrin qiymətinin artması, həmçinin ticarət və turizm axınlarının pozulması və maliyyələşdirmə şərtlərinin sərtləşməsi region dövlətlərinə müxtəlif istiqamətlərdə təsir edir. Avropada təbii qazın qiyməti martın 20-nə qədər iki dəfədən çox artıb, çünki Qətərdə mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı dayandırılıb və istehsal obyektlərinə ciddi ziyan dəyib. Hazırda neftin qiyməti 2011-2014-cü illərin səviyyəsindən və daha əvvəlki tarixi piklərdən əhəmiyyətli dərəcədə aşağı qalır, qazın qiymətləri isə 2022-ci ilin pik səviyyələrinə çatmasa da riskli qiymət zənbili formalaşdırır.

Müharibə uzanarsa, ərzaq çatışmazlığı yarana bilər

AYİB hesab edir ki, neft və qazın yüksək qiymətləri ixracatçı ölkələr üçün faydalıdır, ixracatçıların, o cümlədən də Azərbaycanın mövqelərini gücləndirir. Bankın təxminlərinə görə, vəziyyətin bu cür davam etməsi yaxın günlərdə neftin qiymətinin 180 dollara çatmasına səbəb ola bilər. Bankın analitik icmasının fikrincə, mövcud situasiyalar karbohidrogen idxalçılarına mənfi təsir göstərir, enerji daşıyıcılarının ağır idxal təzyiqləri fonunda istehsal və emal proseslərində qırılmalar yaranır, neft, kimya və sənaye məhsulları və bu malların tədarük zəncirlərində ciddi pozuntular davam etməkdədir. Bu isə qlobal artımı ən azı 0,4 faiz bəndi azalda, inflyasiyanı isə 1,5 faiz bənddən çox artacaq. Neftin bir barelinin gündəlik orta 10 dollar qiymət artımı qlobal inflyasiyanın 0.4 faiz bəndi artması deməkdir.  İndiyədək neft  40 dolardan çox artıb, daha 30 dollar artması inflyasiyanı daha 2 faiz artmasını təşviq edəcək.

Yeri gəlmişkən, Avropa Mərkəzi Bankı (AMB) Avrozonada inflyasiyanın mart ayında əvvəlki aya nisbətdə 2,2 faiz səviyyəsində yüksəldiyini bəyan edib. Bu, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ən sürətli aylıq artım sayılır. Avropa Bankının sədri Kristin Laqard bildirib ki, qiymət indeksləri daha 2 faiz  hədəf gözləntisini ötdüyü halda, AMB proseslərə reaksiya vermək məcburiyyətində qalacaq və uçot siyasətini sərtləşdirəcək.

Enerji daşıyıcılarının qiymətləri yüksək olaraq qalarsa, xammal və istehlak mallarının bahalaşması daha da yüksələcək. Xüsusilə də, aqrar-sənaye sektorunda əsas xammal olan gübrə qiymətlərinin artması bir qayda olaraq əsas ərzaq mallarının qiymətlərinin yüksəlməsinə səbəb olur. Dünyada istehlak olunan azotun  50 faizi, fosfor gübrəsinin xam maddəsi olan fosfatın 25 faizi, digər azotlu gübrə olan ammonium-nitratın xam maddəsi olan ammoniumun 30 faizi, kükürdün 45 faizi körfəz dövlətləri tərəfindən istehsal olunaraq Hörmüz Boğazı vasitəsilə dünya bazarlarına ixrac edilir. Məsələ ondadır ki, təkcə tədarük zəncirində qırılmalar deyil, hasilatın da azalması müşahidə olunur ki, bu da gübrələrin qiymətlərinin dünya bazarlarında 30-50 faiz bahalamasına  səbəb olur. Qlobal ərzaq bazarı ilə bağlı digər ehtimallara görə, müharibə daha 3 aydan çox davam edərsə, ərzaq çatışmazlığı hiss oluna bilər.

Azərbaycanın investisiya portfeli üçün risklər

Nəzərə alsaq ki, Azərbaycanın milli suveren təsisatı olan Dövlət Neft Fondu qlobal iqtisadi mühitdə və investisiya bazarlarında baş verən proseslərə uyğun olaraq öz investisiya siyasətini daim təkmilləşdirir, risklərin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. DNF məcmu aktivlərinin əhəmiyyətli hissəsini uğurlu investisiya siyasəti çərçivəsində qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldib. Son 5 ildə DNF-nin investisiya fəaliyyətindən dividentləri 22,7 milyard dollar təşkil edib. Bu müddətdə fondun aktivləri 29,9 milyard dollar və ya 70 faiz artaraq 43,6 milyard dollardan 73,5 milyard ABŞ dollara yüksəlib. Bu göstəricilər Fondun investisiya fəaliyyətinin rolunun əhəmiyyətli dərəcədə gücləndiyini və dayanıqlı dəyər yaradan əsas mənbələrdən birinə çevrildiyini nümayiş etdirir. Yəni, neftin baha qiymətindən daha çox qlobal investisiya alətlərinin sabitliyi DNF üçün daha sərfəlidir.

Bir sözlə, beynəlxalq iqtisadi institutların və analitik tədqiqat mərkəzlərinin qiymətləndirmələrinə görə, enerji qiymətlərinin bahalaşması bütün qlobal ticarıtin iştirakçılarına, o cümlədən neft və qaz ixrac edən ölkələrin də iqtisadiyyatına, qiymət bazarlarına mənfi təsirlər göstərməklə, ümumilikdə, iqtisadi-sosial inkişaf planlarını ləngidə bilər.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Aprel 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri