Neftçalada ictimaiyyət nümayəndələrinə DOST xidmətləri barədə məlumat verilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 30 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən Neftçala DOST qəbul şöbəsində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş “İctimai iştirakçılıq haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilib.
Tədbirdə yerli icra hakimiyyətinin, vətəndaş cəmiyyətinin nümayəndələri, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına DOST xidmətlərinin təşkili, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. İctimai iştirakçılığın və vətəndaş məmnunluğunun DOST modelinin əsas prinsiplərindən olduğu diqqətə çatdırılıb.
Görüş zamanı iştirakçıların DOST xidmətləri ilə bağlı fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Görüşün əsas məqsədi ictimaiyyətlə açıq dialoqun gücləndirilməsi, vətəndaşların rəy və təkliflərinin öyrənilməsi, eləcə də xidmətlərin təkmilləşdirilməsində ictimai iştirakçılığın təşviq edilməsi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 30 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















