Icma.az
close
up
RU
DOST filialı Neftçalada

DOST filialı Neftçalada

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin davamı olaraq, Neftçala rayonunda DOST filialı fəaliyyətə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Anar Əliyev DOST mərkəzlərinin yaradılmasının Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modelinin üstünlüklərini və beynəlxalq səviyyədə  də yüksək qiymət aldığını bildirib.

DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd edilib.

Neftçala şəhəri, Heydər Əliyev prospekti, giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 m2-dir.

10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, müraciətlərdə əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi və s. barədə tapşırıqlar verib.  

İndiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib.

Gülər 
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri