Neftçalada reyd keçirilib: Qanunsuz yerləşdirilən balıq torları yığışdırılıb FOTOLAR
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Neftçala rayonundakı Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə qanunsuz qurulan balıq torları yığışdırılıb.
"Report"un Aran bürosunun məlumatına görə, Balıqçılıq və Akvakultura Mərkəzi, Su Polisi, İctimai birliklər və yerli icra nümayəndəliklərinin birgə iştirakı ilə Neftçalada Baş Mil-Muğan Kollektorunun Xəzər dənizinə töküldüyü ərazidə reyd keçirilib.
Reyd zamanı əraziyə baxış keçirilərkən kollektor boyunca və onun Xəzər dənizinə töküldüyü hissədə müxtəlif ölçülü və uzunluqda sintetik torlar aşkar olunub.
Əməliyyat zamanı qanunsuz qurulan torlar, eləcə də su axınını tam və ya qismən məhdudlaşdıran dayanıqlı "nevud" qurğuları sudan çıxarılıb. Həmin vasitələr qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb.
Müəyyən edilən hallarla bağlı bəzi balıqçılıq alətləri sahiblərinə təhvil verilsə də, qanunsuz istifadə edilən ov vasitələri müsadirə olunub və aidiyyəti üzrə tədbirlər görülüb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 28 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















