Icma.az
close
up
RU
Neftçalada Zəfər bayramı FOTOLAR

Neftçalada Zəfər bayramı FOTOLAR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

8 Noyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq Gününə həsr olunan dəyirmi masada görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP Neftçala rayon təşkilatının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər önünə gül dəstələri düzüblər və onların əziz xatirəsini ehtiramla yad ediblər.

Ağacəkmə aksiyası keçirilib və aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.

Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr Bayraq günü ilə əlaqədar təbriklərini çatdırıb. RİH-in başçısı qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixində əbədi qalacaq şanlı səhifədir. Bu Qələbə hər bir azərbaycanlının milli qürur, dövlət sevgisi və vətənpərvərlik hisslərinin ifadəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və tariximizin ən parlaq səhifəsini yazdı. Bu gün biz həmin zəfərin işığında birliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndiririk. 9 Noyabr Bayraq Günü müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzidir. Bu dəyərlər xalqımızı gələcəyə inamla aparan mənəvi sütunlardır.

Çıxış edən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova ölkəmizin qazandığı Zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti bərpa edib. Deputatlar həmçinin qeyd ediblər ki, bu gün azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərin davamı kimi gələcəyə inam yaradır.

Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət Məktəbinin qarşısında 8 Noyabr- Zəfər Gününə həsr olunan "Zəfərin mübarək, Vətən!" adlı bədii-musiqili tədbir təşkil olunub.

Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub.

Böyük izdiham və coşqu ilə keçirilən bayram konsertində Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun, Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət nümayəndələri Əli Şahinin, Damla, Anar Yusubun, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın və digər musiqiçilərin ifasında vətənpərvərlik mövzularında şən və rəngarəng mahnılar səsləndirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Noyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see288

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see286

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see277

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see253

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see247

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see210

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see206

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see204

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see190

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see183

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see177

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see170

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see169

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see169

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see161

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see159

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see158

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see155

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see155

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri