Icma.az
close
up
RU
Neftçalada zona birinciliyi keçirilib FOTOLAR

Neftçalada zona birinciliyi keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Neftçala Olimpiya İdman Kompleksində baş tutan zona birinciliyində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı  Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik tərbiyəsi  sektorunun müdiri Elşən Hüseynov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov və digər təşkilatçı qurumların nümayəndələri iştirak edib.

"Unikal" xəbər verir ki, zona birinciliyində Şirvan şəhərindən, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarından hər birində 14 nəfər olmaqla 5 komanda iştirak edib.

İlk öncə xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Açılış mərasimində çıxış edən Neftcala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, müasir dövrdə ölkəmizdə gənc nəslin vətəndaş kimi formalaşması, mənəvi və fiziki cəhətdən hərtərəfli inkişaf etdirilməsi və şəxsiyyət kimi kamilləşməsi prosesinin cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biridir. “Şahin” hərbi-idman oyunlarının özünəməxsus xüsusiyyətlərə malik olmaqla, hər bir gəncin Vətənə xidmətdə öz rolunu və yerini dərindən dərk etməsini, yüksək şəxsi məsuliyyətin, hərbi vəzifəni yerinə yetirmək üçün lazımi keyfiyyət və bacarıqların formalaşdırılmasının zəruriliyi ilə xarakterizə olunduğunu, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin öz vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd edən RİH-nin başçısı böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib və yarış iştirakçılarına uğurlar arzulayıb. 

Digər çıxış edənlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Şirvan-Salyan Regional Gənclər və idman İdarəsinin rəisi Aydın Yusifov “Şahin” hərbi idman oyunlarının  yeniyetmələrimizin, hərbi çağırış yaşına çatan gənclərimizin gələcəkdə ordu sıralarında ləyaqətlə xidmət etmələri, hərbi texnika və silahları dərindən öyrənmələri istiqamətində müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər.

Açılış mərasimindən sonra zona birinciliyinə start verilmişdir. Hərbi-idman oyunları zamanı məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınamış və bacarıqlarını nümayiş etdiriblər. Hərbi-idman oyunlarının sonunda qiymətləndirməyə əsasən ən yüksək bal toplayan  Şirvan şəhər, Neftçala və Hacıqabul rayonlarını təmsil edən komadalar ardıcıl olaraq ilk üç yerə layiq görülüblər.

Qeyd edirik ki, Azərbaycan Respublikasının Gənclər və İdman, Müdafiə,  Elm və Təhsil,  Fövqəladə Hallar Nazirliyi və  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq respublikanın ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə təşkil edilən “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının, eləcə də hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən və "Şanlı Zəfər" tarixinin təbliğ edilməsindən ibarətdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri