Icma.az
close
up
RU
Neftçalada YAP ın 33 illiyinə həsr edilmiş ümumrayon tədbiri keçirildi FOTOLAR

Neftçalada YAP ın 33 illiyinə həsr edilmiş ümumrayon tədbiri keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 33-cü ildönümü münasibətilə “33 ilin zirvəsi: Sabitlikdən Zəfərə” adlı ümumrayon tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala Rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, fəal üzvlər və  gənclər  iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə təbrik edərək partiyanın yaranma tarixi, inkişaf mərhələləri və müasir dövrdəki uğurları haqqında ətraflı məlumat verib. Bu əlamətdar tarixin Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi olduğunu, keçən qısa müddət ərzində Azərbaycanın siyasi səhnəsində liderlik mövqeyi qazandığını bildirib. Partiyanın  təkcə siyasi fəaliyyətlə kifayətlənmədiyini, həm də milli ideologiyanın formalaşmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. 

Daha sonra partiyanın veteran üzvü Oktay Kərimov, Cəngən kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Şəhrəbanu Əhmədova, şəhid Xalid Orucovun bacısı, YAP-ın gənc üzvü Sevinc Orucova  çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd ediblər. YAP-ın  sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu vurğulayıblar.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsini mərhələli şəkildə və böyük uzaqgörənliklə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi müstəsna rol oynayır. 33 illik fəaliyyət dövrü ərzində YAP təkcə siyasi təşkilat olaraq deyil, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi, bölgələrdə infrastrukturların yenilənməsi və cəmiyyətin bütün sahələrində sistemli islahatların həyata keçirilməsi istiqamətində böyük nailiyyətlərə imza atıb. Partiyanın ideoloji xəttinin mərkəzində dövlətə sədaqət, vətəndaşa xidmət və milli maraqların qorunması dayanır və məhz bu prinsiplərə sadiqlik nəticəsində YAP bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı, güclü və yenilikçi siyasi qüvvə kimi tanınır.  

Tədbirdə, həmçinin, Yeni Azərbaycan Partyiyasının 33 illik fəaliyyət xronikasını özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan musiqili-bədii proqramla davam etdirilib.

Sonda Neftçala Rayon İcra Hakimiyyəti və YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxs “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub. Partiyaya yeni qəbul edilən üzvlərə vəsiqələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri