Icma.az
close
up
RU
Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olunub FOTOLAR

Neftçalada Zəfər Günü təntənəli şəkildə qeyd olunub FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"8 Noyabr Zəfər Günü" ilə əlaqədar tərtib olunan Tədbirlər Planına əsasən "Zəfər Günü" ərəfəsində 1-8 noyabr tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə rayonda silsilə tədbirlər təşkil olunub. 

"Unikal" xəbər verir ki, tədbirlər Planı çərçivəsində “8 Noyabr-Zəfər Günü”nə həsr olunan “Zəfər Kuboku” mini futbol turniri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında bilik müsabiqəsi, hərbi-təlim mərhələlərindən ibarət "Döyüş Hərəkətlərini Öyrənirik” adlı hərbi vətənpərvərlik mövzusunda tədbir, “Qəhrəmanlığa Yazılan Tarix” adlı rəsmi və bədii hissədən ibarət tədbir, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri arasında futbol idman növü üzrə rayon birinciliyi keçirilib. 

Keçirilən silsilə tədbirlərin yekunu olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Vətən!" adlı bədii-kütləvi tədbir təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partıyası Neftçala rayon təşkilatının, Rayon Ağsaqqlar Şurasının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər. 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olunub.

Böyük coşqu ilə keçirilən bayram konsertində Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət ustaları Vəfa Şərifovanın, Nurlan Ordubadlının, Fərahim Sadiqin, Murad Kəngərlinin, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın, Süleyman Ruqiyevin ifasında vətənpərvərlik mövzularında rəngarəng mahnılar səsləndirilib.

Sakinlərin böyük marağına səbəb olan və onlara yüksək əhval-ruhiyyə bəxş edən musiqili konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Noyabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri