Icma.az
close
up
RU
Neftçalada YAPın 32ci ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

Neftçalada YAPın 32ci ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 32-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiyanın veteran və fəal üzvləri iştirak ediblər. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Partiya 32 ildir ki, ölkəmizin ictimai-siyasi həyatının lokomotivi rolunda çıxış edir: “Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Bununla da, partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İqtisadi inkişaf, sosial təminatın güclənməsi, beynəlxalq nüfuzunun artması bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Xalqın milli birliyi əsas hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasını reallığa çevirdi.”
Daha sonra partiyanın veteran üzvü Oqtay Kərimov, ərazi partiya təşkilatının sədr müavini Samir Cəfərov, yeni partiya üzvləri adından isə Nazilə Əhmədli çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki,  44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyini vurğulayıb: “Bu tezis bütün dövrlərdə öz aktuallığını qoruyaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir”. RİH başçısı xüsusi qeyd edib ki, artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar bütün sahələrdə təkmil islahatların həyata keçirilməsini bir zərurət kimi qarşıya qoyurdu. Bu baxımdan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimiz ruhunda keçirilən VII qurultayı yeni hədəflərin təqdimatı hesab oluna bilər. Diqqətə çatdırıldı ki, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi məhz ölkəmizin ictimai-siyasi həyatının əlamətdar hadisəsi olmaqla, partiya fəaliyyətinin inkişafının həm forma, həm də məzmun etibarilə yeni mərhələsinə qədəm qoyması kimi qiymətləndirmək olar. Partiya strukturunda yeni, mütərəqqi islahatların aparılması, Partiya sədrinin Birinci müavini vəzifəsinin təsis edilməsi və bu posta Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanımın seçilməsi isə onun ölkəmizin, eləcə də Yeni Azərbaycan Partiyasının inkişafındakı müstəsna xidmətlərinin bariz nümunəsidir. Həmin qurultayda dövlət başçısı, YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq” çağırışı qarşıdakı dövrün aydın mənzərəsini nümayiş etdirir. 

Tədbirdə, həmçinin, Yeni Azərbaycan Partyiyasının 32 illik fəaliyyət xronikasını özündə əks etdirən videoçarx nümayiş olunub. 
Sonda Neftçala Rayon İcra Hakimiyyəti və YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxs “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub. Partiyaya yeni qəbul edilən üzvlərə vəsiqələr təqdim olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2024 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri