Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinlərilə keçirib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndlərin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Böyük Qayıdış" Proqramı - Azərbaycan xalqının milli birliyinin və dövlətçilik iradəsinin təcəssümüdür” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdış Proqramı ölkənin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın sarsılmaz birliyinin, dövlətçilik ənənələrinin və gələcəyə inamının bariz ifadəsidir. Proqramın əsas məqsədi işğaldan azad olunan ərazilərdə təhlükəsiz, dayanıqlı və müasir yaşayış mühitinin yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı ölkəmizin müasir tarixində ən mühüm dövlət layihələrindən biridir. Bu proqram işğaldan azad edilən ərazilərdə həyatın bərpasını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etməklə yanaşı, milli birliyin, dövlətçilik iradəsinin və Azərbaycanın davamlı inkişaf strategiyasının parlaq təcəssümüdür. Bu möhtəşəm qayıdışın ideya əsasları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən formalaşdırılan güclü dövlətçilik fəlsəfəsinə söykənir.
Ulu Öndər müstəqil Azərbaycanın möhkəm siyasi, iqtisadi və hüquqi təməlini yaradıb, ölkənin ərazi bütövlüyünün təmin edilməsini daim dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onun müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan güclü dövlətə çevrilib, milli həmrəylik və vətənpərvərlik prinsipləri cəmiyyətin əsas dəyərləri kimi möhkəmlənib.
RİH-nin başçısı bildirib ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti, güclü diplomatiyası və müasir ordu quruculuğu nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, bununla da "Böyük Qayıdış" Proqramının həyata keçirilməsi üçün tarixi imkan yaranıb. Hazırda işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir yaşayış məntəqələri salınır, fərdi yaşayış evləri və çoxmənzilli binalar tikilir, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar və digər sosial infrastruktur obyektləri istifadəyə verilir.

Yeni avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, elektrik, su və qaz təchizatı sistemləri yaradılır, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları tətbiq olunur. Artıq minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdaraq təhlükəsiz, rahat və müasir şəraitdə yaşayır. Qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və azad edilən torpaqlarda iqtisadi fəallığın artırılması, məşğulluğun təmin olunması, kənd təsərrüfatının, turizmin və sahibkarlığın inkişafı istiqamətində mühüm layihələr icra edilir. "Böyük Qayıdış" Proqramı yalnız fiziki bərpa layihəsi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və Azərbaycan dövlətinin gücünün nümayişidir. Bu proqram xalqın dövlətə olan inamını daha da möhkəmləndirir, milli həmrəyliyi gücləndirir və gələcək nəsillərə firavan, təhlükəsiz və inkişaf etmiş Azərbaycan mirası formalaşdırır.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən suvarma kanalının lildən təmizlənməsi, su keçirən borunun yenilənməsi, işsizlik, kənddaxili yolunun təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri