Neftçi dən transfer qərarı: İNGİLTƏRƏLİ HÜCUMÇU...
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Misli Premyer Liqasında çıxış edən "Neftçi" heyətlə bağlı islahatlarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub yay transfer pəncərəsi üçün çalışmalara indidən start verib.
"Ağ-qaralar" iyulda müqaviləsi bitəcək oyunçularla bağlı qərarlarını müəyyənləşdirir.
Bunlardan biri də Bassala Sambudur. İngiltərəli hücumçu mövsümün startında uğursuz çıxış etsə də, daha sonra göstərdiyi performansla özünü doğruldub.
Komandanın baş məşqçisi Yuri Vernidub Sambudan məmnundur. Bassala hazırda mütəxəssisin prioritet forvardıdır.
Ukraynalı çalışdırıcı onun heyətdə qalmasını istəyir. Növbəti aylarda tərəflər arasında razılaşma əldə olunması gözlənilir.
Qeyd edək ki, "Everton"un yetirməsi olan Sambu "Neftçi"nin heyətinə ötən ilin fevralında qoşulub. O, cari mövsümdə "ağ-qaralar"ın bombardiridir - 7 qol.
Qərb derbisində sevinən tərəf “Turan Tovuz” oldu - YENİLƏNİB Qabon millisinin üzvü “Sabah”da - RƏSMİ Ayxan Abbasov: “Cütün favoriti “Qarabağ”dır” Qurban Qurbanov: “Neftçi”ni başa düşürəm” I Liqa: Lider xal itkisi ilə üzləşib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 06 Fevral 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















