Neftçi ingiltərəli hücumçunu transfer etdi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi” növbəti transferini həyata keçirib.
Klubdan Axar.az-a verilən məlumata görə, "ağ-qaralar" Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambunu heyətinə qatıb.
Yeni komandasında 9 nömrəli formanı geyinəcək 27 yaşlı forvardla 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka Kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.
Bu mövzuda digər xəbərlər:Everton ingiltərəli hücumçunu transfer etdi
05 İyul 2026 14:31
“Neftçi” slovakiyalı hücumçunu transfer edib
26 İyun 2026 23:16
Neftçi dən transfer qərarı: İNGİLTƏRƏLİ HÜCUMÇU...
06 Fevral 2026 10:34
“Fənərbağça” ingiltərəli hücumçunu transfer edib
06 İyun 2026 10:59
Yuventus ingiltərəli hücumçunu transfer etmək istəyir
24 İyun 2026 20:52
Baxış sayı:215
Bu xəbər 08 Fevral 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















