Neftçi İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi" İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub.
Bakıvaxtı.az xəbər verir ki, İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib.
Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib.
Baxış sayı:67
Bu xəbər 03 Noyabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















