Icma.az
close
up
RU
Neftçi legionerinə bu kluba keçməyi təklif edib

Neftçi legionerinə bu kluba keçməyi təklif edib

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Neftçi" yeni mövsümdə xidmətindən istifadə etməyəcəyi Ryonosuke Ohoriyə təklif irəli sürüb.

İdmab.biz Sportinfo.az-a istinadən xəbər verir ki, ondan icarə əsasında "Şamaxı"ya yollanması istənilib.

Bakılılar bu keçidin baş tutması üçün yaponiyalı yarımmüdafiəçinin maaşının bir hissəsini ödəməyə də razıdır.

Paytaxt təmsilçisi asiyalının adını iştirak ərizəsinə daxil etməyəcək. Yəni, adıçəkilən legioner Premyer Liqa və ölkə kuboku uğrunda oyunlarda meydana ayaq basmayacaq.

Samir Abasov onun xidmətindən imtina edib. Son vaxtlar düşərgəyə bir neçə legioner qatan baş məşqçi bu dəfə yaponiyalı yarımmüdafiəçinin üstündən xətt çəkib.

Çalışdırıcı bu qənaətə Polşada gəlib. Bu ölkədə keçirilən təlim-məşq toplanışının gedişatı onda belə bir əminlik yaradıb.

Abasov hazırlıq prosesinə əsasən, asiyalıya yeni mövsümdə şans verməyəcəyini qətiləşdirib. Ohori artıq bu barədə məlumatlandırılıb.

Yaponiyalıya özünə başqa komanda tapmaq tapşırığı verilib. Yekun qərar özündən asılıdır - birdəfəlik ayrılması da, müvəqqəti getməsi də.

"Ağ-qaralar" asiyalını bu ilin yanvarında sıralarına qatıb. 24 yaşlı əcnəbi sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.

“Ağ-qaralar“ 18 nömrəli formanı geyinən futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlayıb.

Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib. "Neftçi"də 11 oyuna çıxıb, 1 məhsuldar ötürməylə yadda qalıb.

Paytaxt təmsilçisi bu yay 14 nəfərlə vidalaşıb.

Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte «qara siyahı»da yer alıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri