Neftçi legionerini əvəzedici komandasına göndərib
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Neftçi" Alfa Konte ilə bağlı qərarını verib. Sport24.az Apasport.az-a istinadən xəbər verir ki, klub futbolçunu əvəzedici komandaya göndərib.
Buna səbəb hücumçunun məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilməməsi olub.
Məşqçilər korpusu ondan istədiyi performansı ala bilmədiyi üçün sierra leoneli forvardı əsas komandadan uzaqlaşdırıb. Kontenin aprelin 8-də baş tutacaq "Şamaxı-2" - "Neftçi-2" matçında iştirakı gözlənilir.
Futbolçunun inamsız çıxışı davam edərsə, onun yayda komandadan göndərilməsi planlaşdırılır. Hücumçunun özü də "Neftçi"dən ayrılmaq fikrindədir.
Qeyd edək ki, Alfa "ağ-qaralar"a 2024-cü ilin yanvarında qoşulub. Onun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Aprel 2025 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















