Icma.az
close
up
RU
Neftçi nin elə büdcəsi var ki, onlar hər mövsüm avrokuboklarda oynamalıdır

Neftçi nin elə büdcəsi var ki, onlar hər mövsüm avrokuboklarda oynamalıdır

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi"nin sabiq forvardı Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib.

- “Neftçi” hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komandanın bu nəticəni göstərməsi sənin üçün də gözlənilməzdir?

- Əlbəttə ki, "Neftçi"ni bu vəziyyətdə görmək mənim, klub azarkeşlərinin və ya klub rəhbərliyinin gözlədiyi bir şey deyildi. "Neftçi" büdcəsi ilə çempionluq uğrunda mübarizə aparmalı olan klubdur. Təəssüf ki, hazırda vəziyyət belədir. 

- Klub rəhbərliyi Samir Abasovu postundan göndərdi. Onlar uğursuz nəticələrə görə bu addımı atdılar....

- Ona hər şey - oyunçular, büdcə verilmişdi, təlim-məşq toplanışları üçün şərait yaradılmışdı. Nəticə vermədiyi üçün klub rəhbərliyi ondan razı qalmadı. Ona görə də vidalaşdılar.

- Hazırda komandanın baş məşqçisi Yuri Vernidubdur. O, “Şerif”də yaxşı işlər görüb. Səncə, “Neftçi”də də uğurlu nəticə verə biləcək?

- Onun rəhbərliyi altında "Neftçi" indiyə qədər iki oyunda 4 xal toplayıb. Üstəlik, ona vaxt lazımdır və necə çıxış edəcəklərini zamanla görəcəyik. Təlim-məşq toplanışlarından sonra nəticələr görünəcək.

- Bu mövsüm “Neftçi”nin oyunlarını izləyirsən? Səncə, yaxşı heyətə, yaxşı futbolçulara malikdir komanda?

- Əlbəttə ki, bəzən matçları izləyirəm. Orada bəzi yaxşı oyunçular var. Amma düşünürəm ki, hər halda bəzi gücləndirmələr lazım gələcək. Fikrimcə, onlar bunu edəcəklər.

- “Neftçi” ölkə kubokunda iştirakını dayandırıb və avrokuboklara vəsiqə qazanmağın yeganə yolu Premyer Liqadadan keçir. Necə düşünrsən, onlar bunu reallaşdıra bilər?

- İnanıram ki, onlar bu vəziyyətdən çıxa biləcəklər. Ümid edirəm ki, 2026-cı ildə “Neftçi” yüksək yerlərdə olacaq və avrokuboklara vəsiqə qazanacaq. Təkrar edirəm, “Neftçi”nin elə büdcəsi var ki, onlar hər mövsüm avrokuboklarda oynamalıdır.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri