Mənə elə gəlir ki, Neftçi bu mövsüm çempion olacaq
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bu mövsüm "Neftçi" daha güclüdür. Çox güman ki, onlar "Turan Tovuz", "Qarabağ" və "Sabah"ı qabaqlayacaq. Mənə elə gəlir ki, "Neftçi" bu mövsüm çempion olacaq. Allah qoysa, çempion olsalar, bu sözlərimi xatırlayarsız. Çünki yaxşı irəliləyirlər, yaxşı komandadır, nəticələr də göz önündədir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının veteran futbolçusu Rüfət Quliyev deyib.
"İstiqlal" və "Sanat Naft"ın heyətində İranda legioner həyatı yaşamı. Quliyev Premyer Liqada yerli futbolçuların az oynamasına, legioner limitin ləğvinə münasibət bildirib:
"Bu, təbii haldır. Bütün ölkələrdə də var. Avropanın ən güclü liqalarında da belədir. Hər yerdə legionerlər oynayır. Legionerlərin olması da yaxşıdır. Ancaq azərbaycanlı futbolçular üçün də imkan yaradılmalıdır ki, onlar da öz performanslarını artırsınlar. Nə qədər çox məşq etsələr də, oyun elə ən yaxşı məşqdir. Ona görə də oynamaq lazımdır. Sağlam rəqabət aparıb, heyətdə öz yerlərini tapmalıdırlar. Çünki sonra milliyə cəlb olunub, millidə də nəticə göstərə bilərlər. Lakin oynamasalar, oyun praktikaları olmasa, sonra çətinlik çəkəcəklər".
Mirbağırağa
saytlarin hazirlanmasi
Baxış sayı:79
Bu xəbər 11 Noyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















