Neftçi nin legioneri Everton və Srvena Zvezda nın futbolçuları ilə eyni heyətdə FOTO
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Seneqal mətbuatı xaricdə çıxış edən yerli futbolçulardan ibarət həftənin simvolik komandasını bir araya gətirib.
Sportal.az xəbər verir ki, rəmzi komandada “Neftçi”nin müdafiəçisi Mustafa Sek də yer alıb.
"Wiwsport" portalı Bakı klubunun legioneri barədə bunları da əlavə edib:
"Ötən yaydan Azərbaycanda çıxış edən Mustafa Sek Portuqaliyada dörd mübahisəli ildən sonra yenidən futboldan tam həzz almağa başlayıb. 29 yaşlı müdafiəçi “Neftçi”nin heyətində bir sra yaxşı oyunlar keçirməyi bacarıb. Onlardan biri də ötən həftə “Sumqayıt”a qarşı (1:0) görüş oldu. Müdafiənin sol cinahında çıxış edən Sek təkbətək mübarizələrdən etibarlı çıxa bilmişdi".
29 yaşlı müdafiəçi 2024-cü il avqustun 23-də “Neftçi” ilə müqavilə imzalayıb. Onun bu klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Fevral 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















