Neftçi öz meydanında Şəfa ya böyük hesabla qalib gəlib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 5 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Neftçi" öz meydanında "Şəfa" komandasını qəbul edib.
Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi"nin heyətində Andrey Şkribek dubl edib, digər qollara Rüfət Abbasov və Breno De Almeyda Mello Santana imza atıblar. Qonaqların yeganə qolunu isə Murad Musayev vurub.
Bu qələbə ilə xallarını 9-a çatdıran "Neftçi" liderliyi ələ keçirib. Eyni xala malik "Sabah" və "Zirə" növbəti pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, IV turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" Gəncədə "Kəpəz"ə 4:1, "Sabah" isə "Zirə"yə 5:0 hesabı ilə qalib gəlib.
Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 05 Sentyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















