Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Neftçi” qayıdır, “Sumqayıt” batır, şəhər yatır, mövsüm başa çatır

“Neftçi” qayıdır, “Sumqayıt” batır, şəhər yatır, mövsüm başa çatır

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün Misli Premyer Liqasının XXVI turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu "Sumqayıt" - "Neftçi" matçına şahidlik etdi. Son 9 oyunda qələbə qazana bilməyən gənclik şəhərinin təmsilçisi ümidini bəlkə də bu oyuna bağlamışdı. Məlumumuzdur ki, sumqayıtlıların gözü həmişə "Neftçi"ni "yeyib". Komanda qara zolağa düşən kimi araya salıb "Neftçi"ni udur, motivasiya qazanıb yüksəlişə keçirdi. Bu dəfə o da olmadı. Bakılılar 1 qollarının da ləğv edildiyi oyunda 3:1-lik inamlı qələbə qazanaraq Sumqayıt şəhərini 3 xalla tərk etdilər. Bu gün isə biz artıq deyirik: "Sumqayıt" 10 oyundur ki, qələbə qazana bilmir...

Görünən odur ki, kimyaçıların serbiyalı baş məşqçisi Saşa İliçin Sumqayıt şəhərində son aylarıdır. Çox güman, kirayə qaldığı evin sahibiylə də danışılıb, "yavaş-yavaş yerimə adam axtar" deyilib. Zənnimcə, elə klubdakı yeri üçün də axtarışlar astaca başlayıb. Mütəxəssisin ağlı burda deyil, maya da tutmadı, yayda 99 faiz gedəcək. Riad Rəfiyevin bir çox şeyini bəyənməsək, tənqid etsək də, vizyonsuz adam deyil. Hədəfi, məqsədi həmişə ən pikdi. Davamlı avrokubok, dolu stadion, şən futbol görmək istəyir. İnsafən, futboldan da başı çıxan adamdı. İndiki məqamda isə bütün oxlar ona çevrilib. Məşqçi pisdir - dəyişək. Onu göndər, bunu gətir, bunu göndər, onu gətir. Bəyin oğurlanmasında deyilən kimi, adam nə qədər evlənib boşanar?!

Demək ki, bəzi məsələləri artıq rəhbərlik düşünməlidir: Nəyi səhv edirəm, harda yanlış qərar verirəm? Yoxsa belə potensial böyükdür. Gözəl şəhər, əla stadion, futbolu bilən və sevən əhali. Bu insanlar daha yaxşı komandaya layiqdirlər. Bunu onlara verməyə, sevinc yaşatmağa klub rəhbərliyi borcludur. Sonra ağlaşma qurmayaq ki, millət stadiona gəlmir. Onları stadiona “dartacaq” səbəb lazımdır. Riad Rəfiyev o səbəbi yaradacaq komanda qurmalıdır, yenidən, 2 il əvvəl olduğu kimi. Və uzunmüddətli strategiya ilə, planla onu qoruyub saxlamalıdır. İndiki məqamda isə komanda batır, şəhər yatır, səsini də çıxartmır. Sanki belə də olmalıdır. Bir Sumqayıt təəssübkeşi kimi deyim ki, belə olmalı deyil. Sumqayıtın futbol komandası bu şəhərin rəmzlərindən birinə çevrilməlidir. Şəhərin bütün əhvalına birbaşa təsir edəcək komanda qurulmalıdır. Klubun şəhərdə tanıdılması istiqamətində də ciddi işlər görülməlidir. Çayxanadakı dayılardan bazardakı satıcılara, müştərilərə qədər hamı oyun günü nə vaxtdır – bilməlidir. Bu məsələni ayrıca yazı yazıb, danışarıq. İndi keçək Neftçiyə...

“Flaqman” cəbhəsində üzlər gülür, yazın gəlişilə ümidlər də tumurcuqlanıb. “Ağ-qaralar” son 3 matçda qazandığı 9 xalla birdən-birə 4-cü pilləyə “göz vurur”, avrokubok planları qurur. Samir Abasovun fitilini alovlandırdığı özünəinamı, komanda oyununu Vernidub yaxşı şaxələndirib. Gedişatın yaxşıya doğru dəyişməsiylə rəhbərlik də bir az nəfəs almağa, rahat yatmağa fürsət tapıb. “Neftçi”nin mahiyyəti budur. “Neftçi” yaxşıdırsa, çox böyük bir kütlənin əhvalı da yaxşı olur. Azarkeşlər yeni günə pozitiv başlayır, dünya adamın gözünə bir başqa gözəl, rəngli görsənir. “Neftçi”yə və azarkeşlərinə çempionluqlar, uğurlar, nailiyyətlər həqiqətən çox yaraşır. Turnir cədvəlinin zirvələrində “Neftçi” adını görməyəndə ölkə çempionatı adamın gözünə sönük görünür. Məncə, hazırda istənilən futbol izləyicisi “Neftçi”nin qayıtmasını, dirçəlməsini sidq ürəkdən istəyir. Elə görünən də odur ki, “Neftçi” qayıdır. Amma və lakin mövsüm başa çatır...

Bəhlul və Ramil Şeydayev Belçikaya qarşı oynamayacaq Abasovun lənəti: "Çarəsizlik" Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu Rauf Əliyev: “3:0 hesablı qələbəyə heç kim inanmazdı” - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Aprel 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri