Icma.az
close
up
RU
“Neftçi” rəqib tapmadı, “Turan Tovuz” qələbəsiz qayıtdı

“Neftçi” rəqib tapmadı, “Turan Tovuz” qələbəsiz qayıtdı

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatmaq üzrədir.

Çempionatda növbəti – XIX tura sabah start veriləcək. Lider “Qarabağ” azarkeşləri önündə “Şamaxı” ilə üz-üzə gələcək. Digər görüşlər isə 18 və 19 yanvarda olacaq.

Premyer Liqa klublarından yalnız “Turan Tovuz” toplanışı ölkə xaricində keçdi. Türkiyədə yığışan kollektiv burda hazırlıq keçdikdən sonra vətənə qayıdaraq məşqləri burda davam etdirdi. “Turan Tovuz” Türkiyədə keçirdiyi iki sınaq matçından da məğlub ayrıldı. Kurban Berdıyevin yetirmələri Özbəkistanın “Paxtakor” və Rumıniyanın “Buzau” klubuna eyni – 0:2 hesabıyla uduzub.

Digər klublar isə toplanışını Azərbaycanda keçirdi. “Neftçi”dən başqa bütün kollektivlər azı bir sınaq matçında qüvvəsini sınadı. “Ağ-qaralar” toplanışı Qəbələdə keçirdiyi üçün özünə rəqib tapa bilmədi. Futbolçuların oyun keçirmədən başa vurduğu hazırlığın necə təsir edəcəyini çempionatda daha yaxşı görəcəyik. Digər Premyer Liqa təmsilçiləri isə bir-birilərinə qarşı keçirdikləri duellərdə qüvvələrini sınadılar.

Klublar qış fasiləsində transfer dönəmini də sakit keçirir. Bu ana qədər diqqətçəkən transfer məsələsi “Qarabağ”ın hücumçusu Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçməsidir. Digər komandalar isə əvvəlkitək “qara qutu” hesab edilə biləcək legioner transferləri ilə diqqət çəkməkdədir.

Sabah çempionatda II dövrə başlayacaq və hər komanda uğurlu start hədəfləyir. Turun mərkəzi görüşü “Neftçi Arena”da olacaq. Tarixinin uğursuz mövsümünü keçirən “Neftçi” burda “Sabah”ın müqavimətini qırmağa çalışacaq.

Digər maraqla gözlənilən qarşılaşma isə Tovuzda “Kəpəz” və “Turan Tovuz”un duelidir. “Qərb derbisi” adlandırılan matçda nominal meydan sahibi “Kəpəz” olacaq. Gəncə şəhər stadionunun yenilənməsi ilə bağlı doğma arenasından kənarda oynayan “Kəpəz” üçün hər xal qızıla bərabərdir.

Avrokuboklar mübarizəsində bir addım öndə görünən “Araz-Naxçıvan” dövrənin ilk sınağını bu yolda əsas rəqiblərindən olan “Zirə”yə qarşı keçirəcək. Vaqif Cavadovun rəhbərliyi altında uğurlu qrafik cızan “Sumqayıt” isə “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Yanvar 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri