“Neftçi” veteranları yubiley oyununda qalib gəlib
Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illik yubileyi ilə əlaqədar “Neftçi” və “Jalgiris-Vilnüs” komandalarının veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Apasport.az xəbər verir ki, yubiley tədbirinə səbəb olan arenada keçirilən görüş “Neftçi” veteranlarının 10:9 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi”nin qollarından 4-nü Vəli Qasımov, 2-sini Mahmud Qurbanov vurub. Kənan Kərimov, Alim Qurbanov, Emin Quliyev və Adil Şükürov isə hərəyə bir dəfə fərqləniblər.
Qol müəlliflərindən başqa, “ağ-qaralar”ın heyətində Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Hüseyn Məhəmmədov, Ədəhim Niftəliyev, Əli Abışov və Xəyal Mustafayev də meydana çıxıblar.
Qeyd edək ki, Respublika stadionunda ilk oyun 1951-ci il sentyabrın 16-da məhz bu komandalar arasında keçirilib. “Neftçi” həmin vaxt “Spartak” adlanan rəqibini 4:0 hesabı ilə məğlub edib.
İsmail Kartal: “Qələbə və ya məğlubiyyət önəmli deyildi” “Qarabağ” “Zirə”ni məğlub edib II Liqa: “Qaradağ Lökbatan” evdə, “Şəmkir” səfərdə qələbə qazandı Millimiz Moldovaya uduzub “İmişli” “Şəfa” ilə heç-heçə edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 Oktyabr 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















