“Neftçi” voleybol komandası Yüksək Liqada inamlı qələbə qazandı KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Kişi voleybolçulardan ibarət “Neftçi” komandası Azərbaycan Yüksək Liqasında inamlı qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, XIII turun bu gün baş tutan yeganə matçında “ağ-qaralar” MOİK-ə şans verməyib.
Qarşılaşma “Neftçi”nin 3:0 (25:15, 25:23, 25:9) hesablı qalibiyyəti ilə bitib.
Qeyd edək ki, tura martın 3-də yekun vurulacaq.
