Şmıhal: Beynəlxalq müşahidəçilər cəbhəyə gedəcəksə, Ukrayna seçkilərə hazırdır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın müdafiə naziri Denis Şmıhal ölkənin ümumilli seçkilərə hazır olduğunu bildirib, lakin bunun üçün bir sıra şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
APA xəbər verir ki, nazir bu barədə Aspen Təhlükəsizlik Forumunda danışıb.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün əsas tələblərdən biri beynəlxalq müşahidəçilərin birbaşa döyüş zonasına gedərək prosesi izləməsi və hesabat hazırlamasıdır:
“Əgər cəbhədə təhlükəsizliyi necə təmin etmək barədə ideyalar varsa, beynəlxalq müşahidəçilərin cəbhə xəttinə gedib seçkilərin gedişini izləməsi və bu barədə hesabat hazırlaması mümkün olarsa, əgər təhlükəsiz və əlverişli mexanizm tapsaq, əlbəttə ki, biz seçkilərə hazırıq. Zelenski də bunu demişdi. Biz bunu istənilən vaxt edə bilərik, yetər ki, hazır olaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 11 Dekabr 2025 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















