Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Azərbaycanda məşhur verilişlərin taleyi sual altında Bağlanır?

Azərbaycanda məşhur verilişlərin taleyi sual altında Bağlanır?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Audiovizual Şuranın sədri İsmət Səttarovun verilişlərlə bağlı çıxışı diqqət çəkib. O bildirib ki, efirlərdə vəziyyət qənaətbəxş olmadığı üçün süni intellektə əsaslanan xüsusi proqram hazırlanıb və test mərhələsindədir.

Sitat: “Noyabrın ilk iki həftəsində aparıcılar təxminən 3 min dəfəyə yaxın əcnəbi sözlər istifadə edib, təkcə “okay” sözü 104 dəfə səslənib. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir”.

Lakin sosial şəbəkələrdə istifadəçilərin çoxu əsas problemin məhz Xoşqədəm Hidayətqızı, Tarix Əliyev (Tolik), Zaur Bəxşəliyev, Zaur Kamal və sair kimi aparıcıların verilişlərinin olduğunu qeyd edir, belə proqramların bağlanmasını tələb edirlər.

Bu cür formatlı verilişlərə qadağa qoyula bilərmi?

Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, dilimizin saflığı hər birimizin borcudur, amma məsələ tək bir sözün üstündə dayanıb qalmır:

“Məsələnin kökündə dilin özünü korlayan, ictimai zövqü zədələyən, televiziya mədəniyyətini aşağı salan ümumi bir fon durur. Vətəndaşın “sözə görə cərimə yox, filan-filan verilişlərin bağlanmasını istəyirik” reaksiyası da, əslində, bunun məhsuludur. İnsanlar dilin işlənməsini tənzimləməkdən çox, televiziyanın ruhunu tənzimləyən bir keyfiyyət dəyişikliyi arzulayırlar. Hər zaman hesab etmişəm ki, cəmiyyət ölkənin qadağa yox, keyfiyyət tələb edən bir orqanizmi kimi çıxış etməlidir. Hansısa verilişi birdəfəlik bağlamaqla qayğımız aradan qalxacaqmı? Veriliş bağlanır, amma onun yaratdığı “tələbat”, formalaşdırdığı “zövq” və “boşluq” başqa cür yenidən ortalığa çıxır. Yəni qadağa ən son mərhələdir, media siyasətində həm də zəif bir alətdir”.

Əkbər Qoşalı

Araşdırmaçı bildirib ki, televiziya verilişləri birinci növbədə ictimai məsuliyyət meyarı ilə ölçülməlidir:

“Əgər hansısa proqram sosial-psixoloji mühitə, ailə institutuna, ümumi mədəniyyətə zərər vurursa, burada Audiovizual Şura cərimədən də güclü mexanizmlər tətbiq edə bilər. Məsələn, formatın dəyişdirilməsi, peşəkar redaksiya nəzarətinin artırılması, etik kodeksə uyğunluğun monitorinqi, efir mədəniyyətinin ucaldılması üçün tələblərin sərtləşdirilməsi və sair bu sırada yer alır. Bu proses tədrici olmalıdır. Çünki televiziya boşluğu sevmir. Bir format qadağan olundu deyə onun doğurduğu zövq də aradan qalxmaya bilir.

Hüquqi olaraq proqramların bağlanma ehtimalı var. Lakin cəmiyyəti və medianı inkişaf etdirən alət, mexanizm bağlamaq yox, yüksəltməkdir. Problem tək bir aparıcıda və ya bir proqramda deyil, problem mədəniyyətin ümumi standartındadır. Əgər biz dilin saflığını qoruyuruqsa, efirin saflığını da qorumalıyıq. Ancaq bunu cəza ilə yox, mədəni yüksəliş mexanizmi ilə etmək alternativlərin ən yaxşısıdır. Televiziyanı cərimə etməklə düzəltmək çətindir. Bunu tələbatı dəyişmək, keyfiyyəti artırmaq və izləyiciyə daha yaxşı alternativ təqdim etməklə düzəltmək mümkündür. Mədəniyyət qadağalardan yox, örnəklərdən güc alır”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri