Neftçidən getdi, sabiq komandası ilə 2 illik anlaşdı
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Neftçi"ni tərk edən Mark Tamaşın yeni komandası müəyyənləşib. Sport24.az xəbər verir ki, macarıstanlı müdafiəçi karyerasını Rumıniyaya davam etdirəcək.
31 yaşlı futbolçu Rumıniya çempionatında çıxış edən "Sepsi" ilə anlaşıb. Rumıniya mətbuatının məlumatına görə, Tamaşla qarşıdakı günlərdə sabiq klubu ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Mark "Neftçi"yə məhz "Sepsi"dən keçmişdi.

