Neftçini FİFA niyə cəzalandırıb?
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Bakıvaxtı.az-ın xəbərinə görə, klubdan oxu.az-a verilən açıqlamada FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.
Qeyd olunub ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə "qırmızı siyahı"ya daxil edir və transfer qadağası tətbiq olunur:
"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxır".
Açıqlamada ödənişin klub tərəfindən həyata keçirildiyi vurğulanıb:
"Qarşı tərəf ödənişi təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".
Baxış sayı:96
Bu xəbər 07 May 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















