“Neftçi”nin “Bakı” forması
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Neftçi” yeni mövsüm üçün üçüncü formasını təqdim edib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv olaraq hazırlanan, 2026/27 mövsümünün üçüncü oyun dəsti “Bakı” adlanır. Bu forma klubun doğulduğu şəhərə ithaf olunub və Bakının memarlıq irsi ilə “Neftçi”nin zəngin tarixini özündə birləşdirən xüsusi dizaynı ilə seçilir.
Bakı günəşi kimi sarı rəngli formanın ön tərəfində şəhərimizin ən tanınmış simvollarından olan Qız qalası ilə klubumuzun tarixi və adının ayrılmaz hissəsinə çevrilmiş neft buruğunun təsvirləri əsasında xüsusi ornament hazırlanıb. Bu elementlər Bakının keçmişi ilə “Neftçi”nin irsini vahid dizaynda birləşdirərək formaya özünəməxsus tərz qazandırır.
Formanın boyun hissəsində yer alan “Bakı – Neftçidir” yazısı isə klubla şəhər arasında onilliklər ərzində formalaşmış ayrılmaz bağı simvolizə edir. Bu ifadə nəsillər boyu davam edən ənənəni, mənsubiyyəti və “Neftçi”nin Bakı futbolundakı yerini vurğulayır.
Müasir dizaynı, eksklüziv ornamenti və dərin simvolik məzmunu ilə “Bakı” forması “Neftçi”nin köklərinə ehtiramın, doğma şəhərimizə sevginin və bu şəhərlə bölüşdüyü ortaq tarixə sədaqətin təcəssümüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 İyul 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















