“Neftçi”nin yeni mövsüm üçüncü forması “Bakı”
Icma.az bildirir, Apasport portalına istinadən.
“Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv olaraq hazırlanan, 2026/27 mövsümünün üçüncü oyun dəsti “Bakı” adlanır.
Apasport.az xəbər verir ki, bu forma klubun doğulduğu şəhərə ithaf olunub və Bakının memarlıq irsi ilə “Neftçi”nin zəngin tarixini özündə birləşdirən xüsusi dizaynı ilə seçilir.
Bakı günəşi kimi sarı rəngli formanın ön tərəfində şəhərimizin ən tanınmış simvollarından olan Qız qalası ilə klubun tarixi və adının ayrılmaz hissəsinə çevrilmiş neft buruğunun təsvirləri əsasında xüsusi ornament hazırlanıb. Bu elementlər Bakının keçmişi ilə “Neftçi”nin irsini vahid dizaynda birləşdirərək formaya özünəməxsus tərz qazandırır.
Formanın boyun hissəsində yer alan “Bakı – Neftçidir” yazısı isə klubumuzla şəhərimiz arasında onilliklər ərzində formalaşmış ayrılmaz bağı simvolizə edir. Bu ifadə nəsillər boyu davam edən ənənəni, mənsubiyyəti və “Neftçi”nin Bakı futbolundakı yerini vurğulayır.
Müasir dizaynı, eksklüziv ornamenti və dərin simvolik məzmunu ilə “Bakı” forması “Neftçi”nin köklərinə ehtiramın, doğma şəhərimizə sevginin və bu şəhərlə bölüşdüyü ortaq tarixə sədaqətin təcəssümüdür.
“Şamaxı”dan növbəti transfer - RƏSMİ Olise DÇ-da rekord qırdı – Peleni geridə qoydu Qusarda "Media Kuboku - 2026" minifutbol turniri start götürüb "Qarabağ"ın oyununu izləmək istəyənlərin diqqətinə “Zirə”nin avrokubok matçına hakim təyinatı açıqlanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 19 İyul 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















