“Neftçi”nin futbolçusu: “Azarkeşlər bizə əlavə güc verdi”
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Çox çətin oyun olacağını bilirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Lyubomir Tupta deyib.
28 yaşlı hücumçu "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının XIII turunun oyunu barədə fikirlərini bölüşüb:
"Cari mövsümdə bu komanda ilə bir dəfə qarşılaşmışdıq və qələbə qazana bilməmişdik. Ancaq komanda şəklində çıxış etsək, kollektiv oyun nümayiş etdirsək, qalib gələcəyimizi bilirdik. Bu cür davam etməliyik. Hər oyunda eyni səviyyədə çıxış etməliyik".
Slovakiyalı futbolçu tribunalardakı atmosferdən və azarkeşlərin dəstəyindən də danışıb:
"Bu gün onların dəstəyi danılmaz idi. Bizi sonadək dəstəklədilər. Müxtəlif məqamlarda bəzi komanda yoldaşlarımda yorğunluq hiss olunurdu. Lakin azarkeşlərdən gələn dəstək onlara əlavə güc verirdi. Biz bunu hər an, hər saniyə hiss etdik. Bir daha onlara təşəkkür edirəm".
Qeyd edək ki, "Neftçi" 30 xalla turnir cədvəlinin vahid lideridir. "Ağ-qaralar" XIV turda "Şəfa"nın qonağı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















