“Neftçi”nin futbolçusu FIFA da qalib gəldi: Klub 600 min avro ödəyəcək
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi" klubunun qapıçısı Kenan Piriç FIFA-da "Antalyaspor"a qarşı açdığı işi qazanıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
FIFA-nın Mübahisələrin Həlli Palatası Bosniya və Herseqovinadan olan oyunçunun Türkiyə təmsilçisi ilə bağlı şikayətini təmin edib.
Mübahisə Piriçin "Antalyaspor"da çıxış etdiyi dövrə təsadüf edir. Qolkiper klubun müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, əməkhaqlarının vaxtında ödənilmədiyini əsas gətirərək FIFA-ya müraciət etmişdi.
İşə baxan qurum müəyyən edib ki, "Antalyaspor" uzun müddət futbolçunun maaşlarını gecikdirib. Qapıçının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, borclar tam şəkildə aradan qaldırılmayıb. Nəticədə FIFA Piriçin müqaviləyə haqlı səbəbdən xitam verdiyi qənaətinə gəlib.
Qərara əsasən, "Antalyaspor" Kenan Piriçə 83 min avro məbləğində gecikdirilmiş əməkhaqqı, həmçinin müqavilənin əsassız pozulmasına görə 514 min avro təzminat ödəməlidir. Bundan əlavə, hər iki məbləğə illik 5 faiz faiz hesablanacaq.
Beləliklə, Türkiyə klubu bosniyalı qolkiperə ümumilikdə 597 min avrodan artıq vəsait verməlidir. Əks təqdirdə klub transfer qadağası ilə üzləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 13 İyun 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















