Icma.az
close
up
RU
“Neftçi”nin oyununda qorxulu anlar VİDEO

“Neftçi”nin oyununda qorxulu anlar VİDEO

“Neftçi” – “Şamaxı” görüşünün final fiti səslənən kimi azyaşlı azarkeş hər kəsin diqqətini çəkib.

“Ağ-qaralar”ın yer aldığı ehtiyat oyunçular skamyasının damının təxminən 2 metr hündürlüyündən meydana tullanan yeniyetmə qorxulu anlar yaşadıb.

Hündürlükdən tullananda yaxşı ki, ehtiyat oyunçular skamyasında heç kim yox idi. Əks halda hansısa məşqçi və futbolçunun başına düşməklə bədbəxt hadisəyə səbəbkar ola bilərdi.

Yeniyetmənin hədəfi “Neftçi”nin qapıçısı Rza Cəfərovla şəkil çəkdirmək idi. Bunun üçün xeyli qaçdı, təhlükəsizlik xidmətinin əməkdaşlarından yayınmağı bacardı və yekunda arzusu reallaşdı.

Bu işdə ona Rza da kömək etdi. Qapıçı təhlükəsizlik əməkdaşından şəkil çəkdirmək üçün icazə istəyincə, hər iki tərəfin könlü xoş oldu./sportinfo.az

seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri