Icma.az
close
up
RU
Adaptasiya çətinliyi yoxsa psixoloji gərginlik? MÜNASİBƏT BİLDİRİLDİ

Adaptasiya çətinliyi yoxsa psixoloji gərginlik? MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Tətildən sonra bəzi insanlar üçün işə adaptasiya prosesi müəyyən çətinliklər yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, bu, əsasən psixoloji baxımdan daha həssas insanlara aiddir. Xüsusilə də "tükənmişlik sindromu"ndan əziyyət çəkənlər və ya işdən əlavə şəxsi qayğıları olanlar bu çətinliyi daha çox hiss edirlər: "Belə insanlar üçün işin yaratdığı psixoloji və fiziki yük istirahətdən sonra daha aydın hiss olunur və onlar tətildən qayıtdıqda özlərini daha aqressiv, yorğun və ya motivasiyasız hiss edə bilirlər. Əslində, hər kəs öz xarakterini və imkanlarını bilməlidir. İnsan çətin vəziyyətlərdə hansı davranışın ona daha uyğun olduğunu və necə davranmalı olduğunu özü müəyyən etməlidir. Əgər bunu indiyə qədər etməyibsə, özünü tanımağa başlamalıdır. Çünki bütün psixoloji problemlərin və adaptasiya çətinliklərinin kökündə insanın özünü tanımaması və nə istədiyini bilməməsi durur. İnsan anlamalıdır ki, ona nə yaxşı, nə pis təsir edir, onun üçün nə önəmlidir, nə isə sadəcə ikinci dərəcəlidir. Bu kimi fərqləndirmələri apardıqda adaptasiya prosesi daha asanlaşır.

Özünü tanıyan şəxs problemləri daha tez anlayır, daha tez həll yolları tapır və vəziyyətə uyğun davranmağı bacarır. Bəzən insanlar hər şeyi maksimal səviyyədə düşünürlər və bu, onlarda əlavə stres yaradır. Halbuki problemlərə daha realist, sakit və soyuqqanlı yanaşdıqda onların həlli də daha asan olur. Həll yolu tapılmayan problemə qarşı aqressiv yanaşmaq və emosional reaksiya göstərmək, əksinə, problemi daha da ağırlaşdırır. Nəticə olaraq demək olar ki, istənilən problemin həllində əsas xətt soyuqqanlılıq və emosional tarazlıqdır. İnsan bu xüsusiyyətləri inkişaf etdirdikdə, həyatın müxtəlif mərhələlərində, o cümlədən tətildən sonrakı adaptasiya prosesində də özünü daha güclü və dayanıqlı hiss edəcəkdir".

Müəllif: Günel Fərzəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri