Icma.az
close
up
RU
Neftin qiyməti 75 dollara kimi arta bilər

Neftin qiyməti 75 dollara kimi arta bilər

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran-ABŞ münasibətlərinin gərginləşməsi fonunda dünya bazarında “Brent” markalı neftin bir barelinin qiyməti 64,28 dollar olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Departamentinin ABŞ vətəndaşlarına müraciət edərək onlara tez bir zamanda İranı tərk etmək barədə tövsiyəsi və Prezident Donald Trampın İran rəsmiləri ilə danışıqlardan birdəfəlik imtina etməsi hərbi əməliyyatların olacağı ehtimalını yaratdı. Bunlara cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələrinin komandanı general Məcid Müsəvinin ABŞ-ın hərbi təcavüzü zamanı Yaxın Şərq ölkələrində, o cümlədən Türkiyədə yerləşən ABŞ hərbi bazalarını raket zərbələri ilə vurmaqla hədələməsi neft treyderlərini qorxuya saldı və onlar qiyməti artırdılar.

“Onyx Capital Group” (Qlobal neft və enerji bazarında ixtisaslaşmış Londonda yerləşən ticarət və analitika şirkətidir) şirkətinin icraçı direktoru Xorxe Montepeke “Reuters” agentliyinə bildirib ki, geosiyasi cəhətdən qeyri-sabitlik dövrdür: “Neftin dünya bazarına nəqli və daşınması potensial olaraq təhlükə altındadır. İrandakı kütləvi aksiyalar ciddi faktordur və ABŞ-ın hərbi müdaxilə ehtimalı var”.

Dünən Rusiyanın Krasnodar vilayətində Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyasına PUA hücumu olub. Bununla əlaqədar olaraq Qazaxıstan Avropa dövlətlərinə müraciət edərək kömək istəyib. CPC Xəzər regionundan neftin dünya bazarlarına ixracını təmin edən ən böyük neft nəqli sistemidir. Marşrut Qərbi Qazaxıstanın yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir. Kəmərin gücü ildə 60 milyon tondan artıq xam nefti ötürməkdən ibarətdir. Son təyinat Novorossiyskdəki CPC dəniz terminalıdır, burada neft ixrac üçün tankerlərə yüklənir.

Treyderlər və birja iştirakçıları üçün daha bir həyəcanlı xəbər Qrenlandiyadan gəldi. ABŞ-ın bu adanı almaq istəyi Danimarka ilə aralarında gərginlik yaradıb. Rəsmi Kopenhagen adadakı hərbçilərin və hərbi texnikanın sayını artırması Prezident D. Trampı əsəbləşdirib və Danimarka haqqında ağır ifadələr işlədib, hərbi əməliyyatla hədə-qorxu gəlib. Bütün bu faktlar neftin hasilatından başlayaraq nəqli və daşınmasını çətinləşdirir ki, bu da öz növbəsində bazarın tələb və təklif qanununa təsir göstərir, qiymətlərdə dəyişiklik baş verir. Hazırda təklif azalıb və qiymətlər artıb.

Enerji resursları bazarı üzrə ekspert Vladimir Demidov qeyd edir ki, ABŞ-İran qarşıdurmasının neftin qiymətinə dəxli olmamalıdır. Məsələ burasındadır ki, İran sutkada 4 milyon barel neft hasil edir və onun 1,8 milyon barelini Çinə ixrac edir. Buna görə də ABŞ İrana raket zərbələri endirsə dünya neft bazarına yox, Çinin ucuz qiymətə aldığı həmin o 1,8 milyon barelə zərər dəyəcək. Ekspert qeyd edib ki, neft bazarının özünəməxsus spekulyativ xüsusiyyətləri var. Burada treyderlər yalnız qiymətin dəyişməsi ilə pul qazanırlar. Ona görə də onlar müxtəlif manipulyasiyalar edəcəklər ki, bu da təəccüblü deyil.

Analitik hesab edir ki, əgər münaqişələr qaynar fazaya keçsə qiymət 75 dollara kimi yüksələ bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri