Icma.az
close
up
RU
Neftin qiyməti bu həddə qədər ucuzlaşacaq

Neftin qiyməti bu həddə qədər ucuzlaşacaq

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neft və qaz qiymətlərində kəskin ABŞ-İran müharibəsi ilə əlaqədar idi. Müharibə bitərsə və Hörmüz boğazı ilə bağlı problemlər öz həllini tapsa, təbii ki, qiymətlər enəcək”.
Demokrat.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, enerji qiymətlərinin əvvəlki vəziyyətinə qayıtması üçün zaman lazımdır:
“Amma neft və qaz qiymətlərinin dərhal müharibədən öncəki vəziyyətə qayıdacağını söyləmək çətindir. Həm bazar iştirakçıları, həm də alıcı və satıcılar bir müddət gözləyəcək ki, əldə olunan sülh qalıcı olsun. Qiymətlər bir müddət müharibədən öncəki vəziyyətdə deyil, biraz daha yüksək səviyyədə qalacaq”.
Ekspert qeyd edib ki, İran və ABŞ arasında ehtimal olunan atəşkəsdən sonra neft qiymətləri ilkin mərhələdə maksimum 80-85 dollara düşə bilər:
“Məsələn, müharibədən öncə neft 68-70 dollar idisə, atəşkəs elan olunarsa, ilkin mərhələdə 80-85 dollara düşə bilər. Amma qalıcı sülh əldə edilərsə, bir müddət sonra enerji qiymətlərinin müharibədən öncəki vəziyyətə qayıtması, hətta daha ucuzlaşması ehtimalı var. Lakin bunun üçün biraz zaman lazım olacaq”.
Qeyd edək ki, ABŞ-nin İranla aralarındakı müharibəyə son qoymaq üçün 15 maddəlik plan göndərdiyi barədə xəbərlərdən sonra neft qiymətləri azalıb. Belə ki,  "Brent" markalı neftin fyuçersləri 4,89 dollar və ya 4,7% azalaraq 97,57 dollara düşüb. "WTI" neftinin qiyməti isə 3,54 dollar və ya 3,8% azalaraq 88,81 dollar olub.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri