Icma.az
close
up
RU
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır

Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Nəhəng asteroid Yer kürəsinə təhlükə yarada bilər. O, 28 iyul 2025-ci ildə Yerin çox yaxınlığından keçəcək.
Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-nın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat yayıb.
2013 NK4 adlı göy cisminin diametri təqribən 250 metrdir və planetimizin təxminən 6,6 milyon kilometr məsafəsindən keçəcək. Bu məsafə uzaq görünsə də, NASA belə göy cisimlərini ölçülərinə və orbitinə görə “potensial təhlükəli asteroidlər” (PHA) kimi təsnif edir.
Mütəxəssislər bildirirlər ki, bu nəhəng asteroidin Yerlə toqquşmaq şansı yoxdur.
Alimlərin fikrincə, bu böyüklükdə asteroid Yer kürəsinə çarpılarsa, bütün şəhəri məhv edə bilər. Bunun nəhəng regional enerji partlayışlarına və hətta iqlim təsirlərinə səbəb olması da mümkündür. Yəni toqquşma riski olmasa da, asteroidin keçidi böyük əhəmiyyət kəsb edir.
NASA müntəzəm olaraq NEO (Yerə Yaxın Obyekt) izləmə sistemləri ilə Yerə yaxınlaşan asteroidlərin yollarını izləyir. Qabaqcıl teleskoplar və kosmosa əsaslanan sensorlarla aparılan müşahidələr sayəsində bu asteroidlərin orbitlərindəki ən kiçik dəyişikliklər belə əvvəlcədən aşkar edilir.
Qeyd olunur ki, asteroid haqqında məlumatlar Kaliforniyadakı Jet Propulsion Laboratory (JPL) tərəfindən canlı olaraq yenilənir. JPL rəsmiləri vurğulayırlar ki, 2013 NK4 hazırda Yerə təsir etmək riski yaratmasa da, gələcək keçidlərə yaxından nəzarət edilməlidir.
Onu da qeyd edək ki, oxşar hadisə 2019-cu ildə baş verib. Astronomlar son anda Yerdən cəmi 73.000 kilometr uzaqlıqda bir meteoritin keçdiyini görüblər. Həmin vaxt heç bir toqquşma baş verməsə də, səma müşahidə sistemlərinin həyati əhəmiyyəti bir daha ortaya çıxıb.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri