Nənəsini və həyat yoldaşını bıçaqlayan şəxs 16 il azadlıqdan məhrum edilib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nənəsini və həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elnur Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittihama görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla nənəsi Tatilova Laçın Həsən qızına daxilə nüfuz edən 1, arvadı Məmmədova Elminaz Sənan qızına isə daxilə nüfuz etməyən 1 xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanıb və E.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















